Mikayıl Cabbarovun yeni müavini kimdir? –Nazirin tələbə yoldaşı, qoruğun sabiq rəisi və...
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev təhsil naziri Mikayıl Cabbarova yeni müavin təyin edib.
Dövlət başçısının sərəncamına əsasən, Mətin Eynullayev bundan sonra Mikayıl Cabbarovun müavini olacaq.
Xatırladaq ki, Eynullayev Mətin Balasən oğlu indiyədək Təhsil Nazirliyinin Aparat rəhbəri postunu tuturdu…
Məlumata görə, o, uzun müddətdir ki, Mikayıl Cabbarovla birlikdə çalışır.
Belə ki, Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtda o, bu idarədə hüquqşünas və Aparat rəhbəri vəzifələrində çalışıb.
Cabbarov 2013-cü ildə təhsil naziri təyin edildikdən sonra onu da nazirliyə dəvət edərək, Aparat rəhbəri postunu həvalə edib.
Mətin Eynullayev, həm də təhsil nazirinin tələbə yoldaşıdır.