Kremlə yaxın saytdan şok Qarabağ iddiası
Dağlıq Qarabağda vəziyyəti Qərb xüsusi xidmət orqanları gərginləşdirir.
Son vaxtlar Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında gərginlik artıb. Hazırki vəziyyət narahatlıq yaradıb. Ermənistan və Rusiya arasında kollektiv təhlükəsizlik barədə razılıq əldə olunub. Azərbaycan Rusiya ilə hərbi blokda olmasa da, strateji-iqtisadi tərəfdaşdır.Siam.az İstiPress-in məlumatına istinadən bildirir ki , bu barədə Kremlin rəsmi kursunu təbliğ edən newsinfo.ru adlı Rusiya saytında Dağlıq Qarabağ münaqişinə dair dərc olunan məqalədə bildirilir.Məqalədə qeyd olunur ki, Rusiya növbəti dəfə sülməramlı rolunda çıxış etməlidir. Lakin rəsmi Moskva bunu çox səliqləli şəkildə həyata keçirməlidir, hər addımı düşünməlidir, çünki tərəflərdən birinə dəstək verilməsi münaqişənin gərginləşməsinə səbəb ola bilər. Rusiya bu münaqişədə qərəzsiz hakim olmağa məcburdur.
Məqalə müəllifi hesab edir ki, Dağlıq Qarabağda gərginliyi Qərb ölkələri artırmağa çalışır. Münaqişənin tarixinə diqqət çəkməyə çalışan müəllif qeyd edir ki, Qərb Azərbaycan-Ermənistan münaqişəsindən Rusiyaya qarşı həmişə istifadə edib.
Prezidentlərin Sankt-Peterburq görüşü“Rusiyada hazırda sabitlik hökm sürür. Rusiya son vaxtlar dünyada baş verən proseslərdə böyük nailiyyətlər əldə edib. Qərbdə isə iqtisadi böhran hökm sürür. Rusiya Ukrayna və Suriya məsələlərində təsir gücünü xeyli artırdı. Ona görə də xarici xüsusi xidmət orqanları Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməyə çalışır ki, Rusiyanın qarşısını bu yolla ala bilsin”, - deyə məqalədə vurğulanır.
Xatırladaq ki, Kremlin rəsmi kursunu təbliğ edən newsinfo.ru saytı son bir həftədə ikinci dəfədir ki, Dağlıq Qarabağa dair məqalə dərc edir. Yanvarın 6-da sayta yerləşdirilən məqalədə, Rusiyanın tərəfləri sülhə məcbur edəcəyi göstərilir, eyni zamanda bunu nə zaman və hansı şərtlər daxilində həyata keçirəcəyi də vurğulanır.
Azərbaycan Ordusunun hərbi texnikasıMüəllifin qeydlərindən belə başa düşmək olur ki, Qarabağ məsələsi tamamilə Rusiyanın inhisarında, nəzarəti altında olan münaqişədir. Bu münaqişəni ancaq Rusiyanın təşəbbüsü və qarantiyası ilə həll etmək olar. Rusiya münaqişə ətrafında atəşkəsin saxlanılması üçün Azərbaycan və Ermənistana, məqalədə deyildiyi kimi, “artıqlaması ilə təsir imkanlarına” malikdir.
Siam.az
Tarix: 13-01-2017, 09:01