RƏHİMOV VƏ YƏHUDİ ORTAQLARINA MİLYARDLIQ ZƏRBƏ! – Putin niyə belə qərar verib?

RƏHİMOV VƏ YƏHUDİ ORTAQLARINA MİLYARDLIQ ZƏRBƏ! – Putin niyə belə qərar verib? “Nisanov və Rəhimov layihədən tam çıxıblar. Obyekt indi tamamilə Arkadiy Rotenberqin ixtiyarındadır”


Avropada ən böyük okeanarium olan “Moskvarium”un sahibinin kimliyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Belə ki, Rusiyanın RBK media holdinqinin nəzdində olan rbc.ru saytı “Moskvarium” ÜmumRusiya Sərgi Mərkəzinin (ÜSM) prezident Putinin dostları sırasında olan iş adamı Arkadi Rotenberqin nəzarəti altındakı strukturlardan biri olduğu xəbərini yayıb. Bu barədə məlumatı RBK-ya “Kiyevskiy ploşad” şirkətinin biznes strukturunun əsas investisiya layihəsi ilə yaxından tanış olan mənbə verib.

Nəşr qeyd edir ki, Rotenberqin “Moskvarium”un tikintisində investor kimi iştirak etməsi 2015-ci ilin yayında onun açılışından dərhal sonra bəlli olub. “Arkadi Rotenberq, ”Kiyevskiy ploşad”ın müştərək sahibləri olan Qod Nisanov və İlham Rəhimovla birlikdə Vladimir Putini və Sergey Sobyanini istismara verilmiş obyektin ekskursiyasında müşayiət edib. Hətta o, sonradan “Kommersant”qəzetinə sərmayənin həcminin 250-270 milyon dollar olduğunu deyib” – yazıda bildirilir.



Ancaq maraqlıdır ki, açılış zamanı və ondan sonra ictimaiyyətə açıqlanan məlumatlarda okeanarium Azərbaycan əsilli yəhudi oliqarxlar Qod Nisanov, Zarah İliyev və Putinin tələbəlik dostu olduğundan himayəçi kimi özlərinə şərik etdikləri İlham Rəhimovun ortaq biznes strukturu kimi təqdim edilirdi. 2015- ci il avqustun 4-də baş tutan təntənəli açılışda da okeanariumu Putinə məhz İlham Rəhimov və onun biznes şərikləri olan yəhudi oliqarxlar fəxrlə nümayiş etdirdilər. Açılış mərasimində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun da iştirakı by layihəni Azərbaycan əsilli milyarderlərin həyata keçirdiyindən xəbər verirdi.

Bunu başqa məlumatlar da təsdiqləyirdi. Belə ki, tikintinin sifarişçisi Aleksey Mikuşkonun başçılıq etdiyi və sərgi mərkəzinin dirçəldilməsi layihəsi üçün yaradılmış şirkətdir. Hansı ki, Mikuşko Azərbaycan əsilli oliqarxlar Nisanov, İliyev və Rəhimovun sahibi olduqları “Ukrayna” otelinin keçmiş direktorudur. Azərbaycan əsilli oliqarxlar sərgi mərkəzini dirçəltmək üçün ora 1,5 milyard dollar investisiya yatırmağı vəd ediblər və onun rəhbərliyinə öz adamlarını təyin ediblər.

2014-cü ildə isə Moskva meriyası ÜSM-ə tam nəzarəti ələ alıb, ora yeni rəhbər təyin edib. Ancaq buna baxmayaraq, Nisanov və İliyev sərgi mərkəzindəki bir sıra obyektləri idarəetməyə götürə biliblər və okeanariumun tikintisini davam etdiriblər.

RƏHİMOV VƏ YƏHUDİ ORTAQLARINA MİLYARDLIQ ZƏRBƏ! – Putin niyə belə qərar verib?

Qeyd edək ki, İlham Rəhimov da Azərbaycan mətbuatına müsahibəsində “Moskvarium”un onlar tərəfindən tikildiyini təsdiqləyib. O, hələ 2013-cü ildə verdiyi müsahibədə deyirdi: “Biz Avropada ən böyük okeanarium və delfinariya yaratmaq istəyirik. Bu layihə üçün biz bu sahədə ən tanınmış Avstraliya şirkəti ilə müqavilə imzalamışıq. Həmçinin Yaponiyada 17 delfinimizin təlimi ilə məşğul olan mütəxəssislərlə əməkdaşlıq edirik. Delfinləri biz ancaq hovuzda şou üçün almamışıq”.

Düzdür, Rotenberqin açılış mərasimində iştirakı onun da bu layihədə payının olduğuna dair məlumatların yayılmasına səbəb olmuşdu. Ancaq bir qədər sonra Rotenberqin rəsmi nümayəndəsi onun “Moskvarium”un tikintisindəki maliyyələşmədə iştirakını təkzib edib. Bildirib ki, o bu mərasimə Qod Nisanovun qonağı kimi qatılıb.

RƏHİMOV VƏ YƏHUDİ ORTAQLARINA MİLYARDLIQ ZƏRBƏ! – Putin niyə belə qərar verib?

Ancaq bu arada RBK-ya məlumat verən mənbə qeyd edib ki, hazırda Nisanov və Rəhimov layihədən tam çıxıblar. Obyekt indi tamamilə Arkadiy Rotenberqin ixtiyarındadır.

Məlumatda o da qeyd edilir ki, 2011-ci ildə “Moskvarium” ÜmumRusiya Sərgi Mərkəzinin (ÜSM) idarə edilməsi hökumət səviyyəsində Qod Nisanov və İlham Rəhimovun biznes strukturuna verilmişdi. Amma onlar “Moskvarium”un səhmdarları sırasından çıxdıqdan sonra, ölkənin əsas sərgi kompleksinin idarəçiliyinə də son verilib.

Bu məlumatı SPARK (Bazarın Peşəkar Analiz Sistemi) da təsdiqləyib. Onun məlumatına əsasən, ”Vozrojdeniya BBÇ” MMC Avropanın ən böyük okeanariumu olan “Moskvarium”un sahibkarıdır.

RƏHİMOV VƏ YƏHUDİ ORTAQLARINA MİLYARDLIQ ZƏRBƏ! – Putin niyə belə qərar verib?
Bu MMC isə əvəllər Qod Nisanovun “Vodnaya planeta” şirkəti ilə hüquqi bağlılıqda olub. Sonradan “Vozrojdeniya”nın 40%-ni “İnvestholdinq” QSC öz nəzarətinə keçirib. Hansı ki, bu QSC sənədlərə görə, Rotenberq qardaşlarının nəzarəti altındakı “SMP Bankı”nın baş ofisinin Moskvadakı ünvanında – Sadovniçeskaya küçəsi, ev 71-də qeydə alınıb.

Maraqlıdır ki, elə həmin ünvanda “Armada” şirkəti də qeydə alınıb. Belə ki, həmin şirkətin keçmiş rəhbəri Kirill Bezuqlov 2016-cı ilin avqustundan “Moskvarium”un baş direktorudur.

2016-cı ilin sentyabrında isə “Vozrojdeniya”-nın 100%-lik səhmləri “Qapalı Səhm Fondu” olan uzunmüddətli birbaşa investisiya şirkəti “İridiy”a məxsusdur. Bu isə “Moskvarium”un Qod Nisanov və İlham Rəhimovun nəzarətindən çıxdığını bir daha təsdiq edir.

RƏHİMOV VƏ YƏHUDİ ORTAQLARINA MİLYARDLIQ ZƏRBƏ! – Putin niyə belə qərar verib?

Qeyd edək ki, Avropada ən böyük okeanarium olan “Moskvarium”un Qod Nisanov və İlham Rəhimovun əlindən alındığı və yaxud onların özləri tərəfindən satıldığ barədə hər hansı məlumat verilmir. “Moskvarium”un həm əvvəlki, həm də yeni sahibinin Putinlə yaxın münasibətlərinin olması, hətta onun biznesinin idarəçiləri kimi tanınmaları da bu suala cavab verməyi çətinləşdirir.

Ancaq ehtimal etmək olar ki, “Moskvarium”un əsl sahibi elə Rusiya prezidentinin özüdür. Və o, bu obyekti öz biznesini idarə edənlərin birindən alıb, digərinə verib.


RƏHİMOV VƏ YƏHUDİ ORTAQLARINA MİLYARDLIQ ZƏRBƏ! – Putin niyə belə qərar verib?

Bunun səbəbini söyləmək çətin olsa da, “Mosvkarium”un tikintisinin qanunsuz həyata keçirildiyinə dair məlumatları diqqətdən qaçırmaq olmaz. Xatirladaq ki, bu haqda Moskvada fəaliyyət göstərən “Arxnadzor” ictimai birliyinin koordinatoru İrina Trubetskaya açıqlama yaymışdı. O bildirmişdi ki, obyekt heç bir icazə sənədi olmadan inşa edilib. Okeanarium 2012-ci ildə sökülən istixana kompleksi pavilyonunun yerində tikilib.
Qanunlara görə, arxitektura abidələrinin mühafizə zonasındakı tikililərin sökülməsinə xüsusi komissiya icazə verir. Lakin obyektin sökülməsini heç kim komissiyaya təqdim etməyib, günlərin birində onu söküblər və yerində tikinti işlərinə başlayıblar. Tikintiyə isə heç bir orqan tərəfindən rəsmi icazə verilməyib.

“Arxnadzor” bildirir ki, icazə ancaq tikintinin başa çatmasından sonra – 2015-ci ilin iyulunda verilib. Qanunsuz tikili ilə bağlı şikayətlərə isə hakimiyyət orqanları məhəl qoymayıb. Təşkilat prokurorluq da daxil olmaqla, bütün orqanlara şikayət edib, ancaq həmin orqanlar şikayəti bir-birlərinə ötürməklə başdan ediblər.

Mümkündür ki, okeanariumun qanunsuz tikintisi barədə idddialardan qaçmaq, izi itirmək üçün “Mosvkarium”un sahibi onu bir şirkətindən digərinə dövr etdirib.

Ümumiyyətlə, bəzi məlumatlara görə, azərbaycanlı milyarderlər Nisanov, İliyev və Rəhimovun Moskvadakı işləri son vaxtlar bir xeyli çətinə düşüb. Bu üçlüyün Moskvadakı əsas layihələrindən biri olan “Food City” topdansatış ərzaq bazası da son aylar boşalmaqdadır. Məlumatlı mənbənin bildirdiyinə görə, 2014-cü ildə istifadəyə verilən bu nəhəng bazanı Nisanov-İliyev-Rəhimov üçlüyü kriminal avtoritet Rövşən Lənkəranskinin yaxından köməyi ilə işə salmağa nail olub. Belə ki, Lənkəranski 20 milyon dollar qarşılığında meyvə topdansatışı ilə məşğul olan əsasən azərbaycanlı sahibkarları Moskvanın müxtəlif bazarlarından qovub bu bazaya doldura bilmişdi. Lakin Lənkəranskinin qətlindən sonra bu “nəzarət sistemi” çöküb və “Food City”də vəziyyət pisləşməyə başlayıb.

Murad Məmmədov
AzPolitika.info
Tarix: 19-01-2017, 19:59
Xəbəri paylaş





Xəbər lenti