DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən şəxsin adı açıqlanıb
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb.Bu barədə "Report"un sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən məlumat verilib.
"Həmin vəzifənin icrası mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova tapşırılıb", - deyə, DİN-dən bildirilib.
Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.
Tarix: 25-01-2017, 09:59