"Trampın cavabını vermək lazımdır" - Qərbdən şok çağırış

 "Trampın cavabını vermək lazımdır" - Qərbdən şok çağırış Fransanın prezidenti Fransua Olland ABŞ prezidenti Donald Trampa tutarlı cavab verməyin zəruri olduğunu deyib.

Missiya.Az xəbər verir ki, Lissabonda keçirilən Cənubi Avropa ölkələri sammitindən sonra danışan Olland, Trampa qarşı Avropa ölkələrinə çağırış edib.

"Ona qüvvətli şəkildə cavab verməliyik. Hazırda eynəlxalq bir tərəddüt var. Avropa, öz demokratiyasının dəyərlərini təminat altına almaq üçün daha çox güclü və bərabərlik içində olmalıdır."

Olland Trampın İngiltərənin "Brexit" (Avropa İttifaqından (Aİ) ayrılmaq) qərarından razı qaldığını da xatırladıb.

"ABŞ prezidenti digər Avropa ölkələri üçün də "Brexit"ə bənzər bir vəziyyətdən söz sala bilər. Hesab edirəm ki, bu təqdirdə Avropa ona tutarlı bir cavab verməlidir."

Xatırladaq ki, Tramp İngiltərənin baş naziri Tereza May ilə görüşündə iki ölkənin yaxın əməkdaşlıq edəcəyinə dair siqnallar vermiş, Brexit qərarı barədə, "Möhtəşəm bir şeydir" - demişdi.

Qeyd edək ki, bu ilin aprel və may aylarında Fransada 2 turlu prezident seçkisi keçiriləcək. Radikal irqçi və Aİ əleyhdarı olan Marine Le Pen bu seçkinin iddialı namizədlərindən biridir.

Həm Brexit qərarı, həm də Trampın seçilməyinə görə sevincini gizlətməyən Le Pen, prezident seçiləcəyi təqdirdə ilk işinin Fransanı Aİ-dən ayırmaq istiqamətində referendum keçirmək olacağını deyib.

iha.com.tr
Tarix: 29-01-2017, 09:01
Xəbəri paylaş





Xəbər lenti