Rusiya XİN rəsmisi erməni jurnalisti məsxərəyə qoydu
Rusiya XİN rəsmisi Mariya Zaxarovanın brifinqindən videoreportaj yayımlanıb. Həmin tədbirdə M.Zaxarova erməni jurnalistin sualına sarkazm dolu cavabı ilə yadda qalıb.Virtualaz.org xəbər verir ki. fevralın 9-da keçirilmiş brifinqdə erməni jurnalist Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı Rusiya tərəfinin gördüyü tədbirlərlə maraqlanıb.
Zaxarova etiraf edib ki, suala cavab verməkdə çətinlik çəkir, sonra isə jurnalisti məsxərəyə qoyub: “Sevindirici haldır ki, Ermənistan KİV Rusiya-Azərbaycan münasibətlərinə belə qayğı ilə yanaşırlar”.
“Mövzu Rusiya tərəfinin nəzarətindədir”, - XİN rəsmisi bildirib.
“Lakin Ermənistan nümayəndəsi kimi sizə sağ olun deyirəm ki, bu mövzuya belə maraq göstərirsiniz. Sağ olun ki, Rusiya vətəndaşlarının taleyi barədə bizə xatırlatmalar edirsiniz”, - bu sözləri Zaxarova aşkar sarkazmla söyləyib.
Tarix: 12-02-2017, 09:15