“Vətəndaş bölgədən paytaxta, müxtəlif hökumət və dövlət orqanlarının qapısını döyməyə gəlməyəcək. Əksinə olacaqsa, cənab İlham Əliyev icra başçıları ilə bağlı sərt qərarlar verməli olacaq”Politika.Az xəbər verir ki, bunu deputat Zahid Oruc prezidentin keçirdiyi son konfransda səslənən fikirləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, rayon rəhbərlərinin işinə qiymət məhz xarici investisiyanın cəlbi, yeni yaradılan iş yerlərinin sayı, idarəetmənin müasirləşdirilməsi əhalinin çağırışlarına cavab verməklə müəyyənləşəcək.
Millət vəkilinin söylədiklərinin dəfələrlə yazılarımızda qeyd etmişik və hakimiyyətin islahatlara getdiyini bildirmişik. İqtidar “mətbəxinə” bələd olan deputatın çıxışı onu deməyə əsas verir ki, bölgələrdən Prezident Administrasiyasına şikayətlər azalmalıdır.
Bir rayondan kütləvi şikayət gəldiyi halda həmin regionun rəhbəri barəsində təxbir görüləcək. Bu, icra başçılarına bir mesajdır.
Bundan əvvəl, Prezidenti Administrasiyasında fevral ayı üçün vətəndaşların qəbul günləri açıqlanıb. Bu siyahının mətbuatda tirajlanması cəmiyyətə və məmurlara bir mesajdır.
Ölkə rəhbərliyi yerlərdəki məmurlara ismarıc göndərir ki, əhalinin problem və şikayətlərini diqqətdə saxlamaq lazımdır. PA rəsmilərinin qəbul edəcəyi vətəndaşların müxtəlif üzləşdiyi haqsızlıqlar, məmur özbaşınalığı, süründürməçiliyi var.
Onlar dövlət aparatından yardım gözləyir. PA rəhbərliyinin qapıları da hər zaman onların üzünə açıqdır. Bu nümunə yerlərdəki məmurlara, nazirliklərə, komitə və icra hakimiyyətlərinə bir nümunədir.
Politika.Az xəbər verir ki, bu gün vətəndaşların ən çox əziyyət çəkdiyi məsələ, Cənab Prezidentin söylədiyi kimi, xalqın xidmətçisi olan irili- xırdalı məmurların saymamazlığıdır.
Onların vətəndaşların qaldırmış olduğu problemlərə laqeyd qalmasıdır. Ən acınacaqlısı odur ki, qəbul etməmələri bir yana, istənilən sahədə olan yüksək səviyyəli dövlət qurumlarına edilmiş şikayətlər, göndərilir haqqında şikayət verilmiş qurumun və ya şəxsin üzərinə.
Bu dövlətin Şəxsən Cənab Prezidentin gördüyü bunca işlərə kölgə və inamsızlığa xidmət edən bir haldır və bu hal dərhal aradan qaldırılmalıdır. Hər kəs nəhayətdə öz vəzifəsini anlamalıdır. Anlamalıdır ki, mən bu xalqın ödədiyi vergidən bəslənirəm.
Bu siyahıda kimlər yoxdur? - Lənkəranın icra başçısı Taleh Qaraşov, Göyçayın icra başçısı Səlim Mehdizadə, Laçın icra başçısı Aqil Nəzərli, Şamaxı icra başçısı Asif Ağayev, Quba icra başçısı Yaşar Məmmədov, Ucar icra başçısı Mənsur Məmmədov liderlik edir.
Habelə, Lerik icra başçısı Rövşən Bağırov, Nəsimi icra başçısı Asif Əsgərov, Binəqədi icra başçısı Xaləddin İsgəndərov, Ağsu icra başçısı Ənvər Seyidəliyev vətəndaşların tez-tez şikayət etdiyi məmurlardır.
Tarix: 13-02-2017, 09:00