“Bütün prezident üsul-idarələri olan ölkələr eyni cür bədbəxtdir…”- NATİQ CƏFƏRLİ
“Türkmənistanda keçirilən prezident seçkilərində Demokrat Partiyasının (!!!) namizədi, hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov seçiciləri 97,69 faiz səsini toplayaraq üçüncü müddətə prezident seçilib. Ac-çox siyasətlə maraqlanan, politologiya oxuyan hər kəsə aydındır ki, belə rəqəmlər seçkinin bir proses kimi olmadığından xəbər verir”.Gununsesi.info xəbər verir ki, bunu REAL Hərəkatının rəsmilərindən olan Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, əslində, bütün prezident üsul-idarələri olan ölkələr eyni cür bədbəxtdirlər, bu günə qədər bir ABŞ fərqlənirdi, görək indi orda da nə baş verəcək.
“Parlament Respublikası modeli daha uğurlu, daha dayanıqlı, daha yaxşıdır – dünyanın keçdiyi yol bunu sübut edir. İstənilən uğurlu ölkə Parlament Respublikası modelindədir, uğursuz ölkələrin əksəriyyəti də Prezidentli ölkələrdir”-deyə, o, sonra qeyd edib.
Tarix: 13-02-2017, 14:31