"Baş Baytar"işi yarıtmadı; İki dövlət xidməti birləşdirilir – Camal Quliyev nazirdən razılıq aldı…

"Baş Baytar"işi yarıtmadı; İki dövlət xidməti birləşdirilir – Camal Quliyev nazirdən razılıq aldı… Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi yeni planlar üzərində işləyir. Bizimxeber.az-a daxil olan məlumata görə, uzun zamandır nazirlik yanında Dövlət Baytarlıq Xidmətinin fəaliyyətində ciddi problemlərin müşahidə olunması, zaman-zaman rəhbərliyinin dəyişdirilməsi kimi hallar Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin əlinə işləyib.

Ümumiyyətlə, son bir ildə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fəaliyyətindəki gözəcarpan “xidmətlə”rin mükafatı gözlənilirdi. Bir sözlə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev addım-addım öz istəyinə çatırdı.

Bizimxeber.az-a daxil olan ekslüziv məlumata görə, Camal Quliyev Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə Baytarlıq Xidmətinin birləşdirilməsinə, öz əlində cəmləşdirməyə çalışırdı.
Məlumatda qeyd olunur ki, dəfələrlə belə bir təkliflə Kənd Təsərrüfatı naziri Heydər Əsədova müraciət edən Camal Quliyevin bu yaxınlarda nazirin qismən razılığını alıb.
Yaxın zamanlarda hər iki xidmət birləşdirilərək Camal Quliyevin nəzarəti altına veriləcək. Bundan heç xoşlanmayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi səlahiyyətlərini icra edən Azər Süleymanov isə Camal Quliyevin bu planından xəbərdardır. Amma hələlik ciddi addlmlar ata bilmir. Çünki, Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidmətinə hələ rəsi olaraq təsdiqlənməyib. Bunun da özəl səbəbləri var. Bu barədə yaxın günlərdə geniş yazı hazırlayacağıq.
Biz sözlə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəsi Camal Quliyev öz istəyinə çatmaqdadır.
Tarix: 13-02-2017, 14:57
Xəbəri paylaş





Xəbər lenti