Elçibəyin vaxtında perspektivdə Azərbaycanda nəhəng neft və qaz ehtiyatlarının olması var idi, indi o ehtiyatlar yoxdur.
Sərdar Cəlaloğlu: “Vəziyyətimiz ondankından daha ümidsiz olacaq, çünki…”ADP sədri Sərdar Cəlaloğlu Cumhuriyyet.az-a açıqlamasında ölkə iqtisadiyyatının yaxın gələcəyi ilə bağlı bədbin proqnozlar verib. Partiya sədrinin sözlərinə görə, artıq proseslər ölkəni iqtisadi baxımdan 90-cı illərin əvvəllərinə doğru aparmaqdadır:
“Azərbaycanda 2011-ci ildə neft hasilatı ən yüksək səviyyəyə çatdı və bundan sonra neft hasilatı tədricən azalmağa başladı. Bu gün dünyada neftə olan tələbat da azalıb. Azərbaycan 1993-cü ilə doğru gedir. O vaxt Bakıda dilənçilər, maşın yuyanlar əlindən tərpənmək mümkün deyildi. İnsanlar gəlib partiyalarda dilənir, partiyalardan kömək istəyirdi. Indi də həmin proses baş verməkdədir. Həftədə ən azı 2-3 nəfər gəlib bizdən yardım istəyir. Yollarda dilənçilər, maşın yuyanlar yenidən artmağa başlayıb. Görünən odur ki, H.Əliyev Azərbaycanı Ə.Elçibəydən hansı şəraitdə təhvil almışdısa, bu iqtidar o şəraitə də aparıb salacaq. Sadəcə bir fərq var. Elçibəyin vaxtında perspektivdə Azərbaycanda nəhəng neft və qaz ehtiyatlarının olması var idi. Bunlardan səmərəli istifadə edib Azərbaycanı vəziyyətdən çıxartmaq olardı. Lakin indi o ehtiyatlar yoxdur. Proseslər böyük sürətlə Elçibəy dönəmindəki vəziyyətə doğru gedir”.
Seymur Əliyev
Tarix: 15-02-2017, 15:13