İki ölkə arasında gərginlik artıb

İki ölkə arasında gərginlik artıb 200 raket havada uçuşdu

Pakistanın cənubunda yerləşən Sind əyalətində 83 nəfərin ölümü ilə nəticələnmiş terror hadisədən sonra Pakistan Silahlı Qüvvələrinin sözçüsü general Asif Ghafoor, ölkədə olan Əfqan diplomatlarından bu ölkədə həbsdə olan 76 Taliban üzvünün qaytarılmasını istəyib. İstiPress xəbər verir ki, dünən isə Əfqanıstanın sərhəd vilayəti Nangarhara hava hücumu həyata keçirilib, təxminən iki yüz raket atılıb. Alınan məlumatlara görə sərhəd nöqtəsinə yaxın ərazilər səhər saatlarından axşama qədər hücuma məruz qalıb. İki uşağın yaralandığını və 100 - dən çox ailənin evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.

Həmçinin Əfqanıstan və Pakistanın sərhəd qapıları bağlanıb. Əfqanıstan prezidentinin Sözçüsü Shah Husain Mortazavi, verdiyi bəyanatda "Pakistanda baş verən terror hücumundan görə məyusuq, amma sərhəd qapısını bağlamaq nə bizə, nə də Pakistana terrorizmə qarşı mübarizə məsələsində yardımçı olmaz" deyib. Mortazavi, Pakistandan təcavüzü dərhal dayandırmasını istədi.

Siam.az
Tarix: 18-02-2017, 07:42
Xəbəri paylaş





Xəbər lenti