1 nazirlik və 3 komitə ləğv edilir - siyahı

1 nazirlik və 3 komitə ləğv edilir - siyahı Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsindən sonra struktur islahatlarının davam etdiriləcəyi gözlənilir. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın artıq Azərbaycanda hiss olunması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edir: "Ümumiyyətlə, neft gəlirlərinin kəskin azalması yeni siyasi-iqtisadi situasiya yaradıb. Bu mərhələdə hökumətdə həm strukur, həm də hakimiyyət komandasının yeniləşməsini qaçılmaz edir. Mümkündür ki, hökumətin tərkibi 40-50 faiz yeniləşsin və oliqarxları texnkokratlar əvəzləsin”.

Məlumatra görə, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək: Kənd Təsərrüfatı Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Statistika Kimitəsinin, Diasporla ilə iş üzrə Dövlət komitəsinin ləğvi səlahiyyələrinin başqa qurumlara verilməsi nəzərdə tutulur.

Bir qədər əvvəl Qiymətli Kağızrə üzrə Dövlət Komitəsi, Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib, Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib.
Tarix: 20-02-2017, 10:03
Xəbəri paylaş





Xəbər lenti