Deputat nazirliyin ləğvindən danışdı: Vahid Əhmədov icra hakimiyyətlərindən nə dedi? - ÖZƏL
“İslahatlar davamlı olmalıdır və yeni islahatlar həyata keçirilməlidir ki, Azərbaycan daha da inkişaf etsin”
Bu sözləri Politika.Az-a millət vəkili Vahid Əhmədov Nəqliyyat Nazirliyinin ləğvindən sonar növbəti islahatların keçirilməsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, president tərəfindən “Strateji Yol Xəritəsi”təsdiq edilib və islahatların həyata keçirilməsi nəzərdə tutulub: “Çünki bu böyük bir sənəddir və bu sənədi həyata keçirmək üçün Azərbaycanda sürətli islahatlar getməlidir.
Belə islahatlar yəqin ki, davam edəcək və davamlı olacaq. Ancaq nazirliklərin ləğv olunması dövlət səviyyəsində həll olunan məsələdir. Ona görə proses davam etməli və islahatlar davamlı olmalıdı ki,yo lxəritəsinin icrasını həyata keçirə bilək”.
Millət vəkili onu da qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsi müzakirə edilərkən 33 rayona faktiki olaraq mərkəzləşmiş dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmayıb: “Yəni xərclərin azalmasında artıq müəyyən qədər azalmalar gedir”.
Qeyd edək ki, prezident sərəncamı ilə NN ləğv olunub, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Rayonlara isə ayrılan dotasiyalar dayandırılıb. İcra hakimiyyətlərinin ləğvi müzakirə edilir.
Tarix: 20-02-2017, 20:08