“Bu qərar gələcək prezidentin kimliyini də müəyyənləşdirdi” - ŞƏRH
Vitse-prezident təyinatına ekspert şərhi“Azərbaycan prezidenti İlham Əliyevin Mehriban Əliyevanı vitse-prezident təyin etməsi gözlənilən variantlardan biri idi. Çünki Mehriban Əliyeva prezidentin həyat yoldaşı olmaqla bərabər, həm də dövlət işlərində fəal fiqurlardandır”. Bu barədə siyasi ekspert Elxan Şahinoğlu musavat.com-a açıqlamasında bildirib. Mehriban Əliyevanın ölkə daxilindəki proseslərin bilavasitə iştirakçısı olduğunu vurğulayan ekspertin sözlərinə görə, bu fərman həm də onunla əlaqəlidir ki, prezident ətrafındakı fiqurların çoxuna etibar etmir.
E.Şahinoğlunun fikrincə, bu qərar gələcək prezidentin kimliyin də müəyyənləşdirib.
E.Seyidağa
Musavat.com
Tarix: 21-02-2017, 13:51