Əliyev baş nazirin müavinlərini istefaya göndərir - siyahı

Əliyev baş nazirin müavinlərini istefaya göndərir - siyahı Novruz bayramından sonra Nazirlər Kabinetinin indiki tərkibini istefaya göndərəcək. Baş nazirin 6 müavini postu ləğv ediləcək. Siam.az xəbər verir ki ,bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması ilə vitse-prezidentlik institutunun yaradılmasına start verilib: "Bunun ardınca, vitse-prezidentlərin təyinatı gözlənilir: Vitse-prezidentlik təsisatı tam formalaşdıqdan sonra Nazirlər Kabinetinin indiki statusu da dəyişdiriləcək. Bu formatda baş nazirin müavini postları ləğv ediləcək, onların funksiyaları vitse-prezidentlərə ötürüləcək. Yalnız baş nazir və onun köməkçiləri ştatları saxlanılacaq. Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatı işlək institut olacaq və cari idarəetmə ilə məşğul olacaq. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur".

Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb - 72 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 74 yaş (1943), Əli Həsənov 69 yaş (1948), Abid Şərifov 77 yaş (1940), Əli Əhmədov 64 yaş (1953), İsmət Abbasov 63 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 82 yaşı var (1935).

Mənbənin sözlərinə görə, müavinlərin çoxu pensiyaya göndəriləcək, bəziləri isə (Əli Əhmədov və Əli Həsənov) yeni kabinetdə yer alacaq.

Yada salaq ki, Əli Əhmədov həm də YAP-ın icra katibi, Əli Həsənov isə Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir.

Siam.az
Tarix: 22-02-2017, 09:39
Xəbəri paylaş





Xəbər lenti