Hakimiyyət növbədənkənar prezident seçkilərinə niyə getmədi? - Sensasion gizlinlər

Hakimiyyət növbədənkənar prezident seçkilərinə niyə getmədi? - Sensasion gizlinlər Referendumdan sonra növbədənkənar prezident seçkilərinin olacağı haqda səslənən fikirlər alt-üst edildi; Hətta deputat Qüdrət Həsənquliyev də seçkini istisna etmirdi...

Hakimiyyət isə status-kvonu saxladı və dəyişiklik olmadı. Prezident “Sputnik”ə müsahibəsi ilə məsələyə kökündən son qoydu. Dövlət başçısı 2018-də namizədliyini verəcəyini də istisna etdi.

Politika.Az-ın Siyasət Şöbəsinə iqtidardakı qaynaqlardan daxil olan məlumata görə, hakimiyyət növbədənkənar prezident seçkilərinə bir neçə səbəbdən getmədi.

Birincisi, prezident İlham Əliyevin qətiyyətli siyasəti və geopolitik vəziyyət buna lüzum görmədi. Ölkə başçısının daxili və xarici siyasi strategiyasında hər hansı axsaqlıq müşahidə olunmurdu ki, İ.Əliyev təcili seçkilərə getməli olsun.

Əksinə, prezident müxalifət liderlərindən daha radikal şəkildə problemləri açıqladı, məmurların soyğunçu olduğunu dilə gətirdi, təxirəsalınmaz kadr və struktur islahatlarına başladı, “Strateji Yol Xəritəsi”nin qəbul olunması ilə irimiqyaslı antiböhran tədbirlərinə start verdi.

İkincisi, geostrateji situasiya rəsmi Bakının leyhinədir və həm Qərb, həm Rusiya ilə münasibətlər yüksək səviyyədədir.

İran, İsrail və Türkiyə də Azərbaycan hökuməti ilə əməkdaşlığı genişləndirir ki, kiçiltmir. Bu incəliklər və iqtidarın monolitliyi, korrupsiyaya qarşı amansız mübarizə növbədənkənar prezident seçkilərini gündəmdən çıxardı.

İ.Əliyev siyasətdə master-klass dərsi keçir. Prezidentə qarşı daxil və xaricdə müəyyən dairələrin provokativ təzyiqləri nəticə vermir.

Onun öz yolu var və Azərbaycanda ictimai rəy bu strategiyanı dəstəkləyir. Həmin dairələrin peşkaları və güddükləri məqsəd qlobal miqyasda olduqca əhəmiyyətsizdir.

Növbədənkənar prezident seçkiləri mövzusu siyasi vəziyyətdən, sağlam məntiqdən və hüquqdan kənar mülahizələr idi. Burada daha çox hissəqapılma vardı. Bu, bir aludəçilikdir, buna el arasında “sözün ucundan tutub ucuzluğa getmək” deyirlər.

Bu hardasa başadüşüləndir, görünür, konstitusiyaya dəyişikliklər təklif edilən layihədəki “növbədənkənar” ifadəsi bu cür iddiaların səslənməsinə və tirajlanmasına səbəb olmuşdu. Növbədənkənar seçkilər nə zaman və niyə keçirilir? Hansı zərurətdən yaranır?

Əgər ölkədə siyasi böhran varsa, bu vəziyyət növbədənkənar seçkilərlə aradan qaldırılır. Növbədənkənar seçki bir çıxış yolu kimi siyasi böhran zamanı meydana çıxır.

Daha konkret desək, siyasi rəhbərliyə olan etimad şübbə doğurursa növbədənkənar prezident şeçkisinə gedilir. Parlamentin legitimliyi sual altındadırsa növbədənkənar parlament seçkiləri keçirilir.

Bu gün Azərbaycanda siyasi böhranın heç bir əlaməti, şərti yoxdur. Növbədənkənar prezident və parlament seşkilərinin labudlüyünü deyənlər ilk növbədə ölkədə siyasi böhranın mövcudluğunu sübut etməlidirlər.

Yəni iddia heç bir sağlam məntiqə sığmır. Nədən? Çünki növbədənkənar seçki iddiası referendumun məram və məqsədi ilə daban-dabana ziddiyyət təşkil edir.
Tarix: 24-02-2017, 01:00
Xəbəri paylaş





Xəbər lenti