Biz həqiqətləri olduğu kimi demirik- FƏRƏC QULİYEV

Biz həqiqətləri olduğu kimi demirik- FƏRƏC QULİYEV “Biz bəzi həqiqətləri olduğu kimi demirik. Biz hansısa ölkələrin qarşısında gözügölgəli deyilik ki, həqiqətləri gizlədək”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fərəc Quliyev bildirib.
O bildirib ki, Milli Məclisin Xocalı soyqırımı ilə bağlı qəbul edəcəyi qərar layihəsində 366-cı motoatıcı alayın SSRİ-yə məxsus olduğunun qeyd edilməsi düzgün deyil.
Deputatın sözlərinə görə, Xocalı soyqırımı olarkən SSRİ adlı dövlət yox idi.
“Buna görə də, biz Rusiya ordusunun 366-cı motoatıcı alayı kimi qeyd etməliyik. Bu, Rusiya əhalisinə qarşı deyil, sadəcə olaraq həqiqətləri deməliyik”.
Kamil
Tarix: 24-02-2017, 13:33
Xəbəri paylaş





Xəbər lenti