Ziya Məmmədova dönük çıxan deputat: Jalə Əliyeva

Ziya Məmmədova dönük çıxan deputat: Jalə Əliyeva Bir neçə gün öncə rəhbərlik etdiyi nazirliyin digər nazirliyə birləşdirilməsi səbəbindən işini itirən sabiq nəqliyyat naziri Ziya Məmmədovun iqtidar daxilində ciddi mövqeyə sahib olduğu, IV və V çağırış parlament seçkilərində bəzi deputatlara ciddi dəstək olduğu heç kimə sirr deyil.

Keçmiş nazirin qardaşı Elton Məmmədov, qudası, Respublikanın sabiq Hərbi Komissarı, istefada olan general Əlağa Hüseynov məhz sabiq nazirin ciddi dəstəyini əldə edərək, deputat seçiliblər. Düzdür, nazirin qardaşı Elton Məmmədov son parlament seçkilərində mandat qazanmasa da, buna qədərki dövrdə məhz nazir qardaşının köməyi ilə öndə ola bilib.

Portalımızın əldə etdiyi məlumata görə, hazırda 92 saylı Zərdab - Ucar seçki dairəsini parlamentdə təmsil edən deputat Jalə Əliyeva deputat olmaq sevdasını məhz sabiq nazir Ziya Məmmədov və nazirin keçmiş deputat qardaşı Elton Məmmədovun hesabına reallaşdıra bilib. Onların arasında çox sıcaq münasibətlər olsa da, Ziya Məmmədovun vurulması prosesinə start veriləndən Məmmədovlarla münasibətini faktiki olaraq pozub. Siyasi terminlə desək, öz hamisinə qarşı dönük çıxıb.

Xatırladaq ki, Jalə Əliyeva tanınmış şairə, mərhum Nurəngiz Günün qızıdır. Paralel olaraq BDU-da dərs deyir, professordur.

// ANV.az
Tarix: 26-02-2017, 16:32
Xəbəri paylaş





Xəbər lenti