"Əgər Azərbaycan başlasaydı, İlham Əliyev Qətərə getməzdi"

"Əgər Azərbaycan başlasaydı, İlham Əliyev Qətərə getməzdi" Postsovet məkanının ekspert cəmiyyəti Ermənistan-Azərbaycan münaqişəsinin kəskin eskalasiyasını müzakirə etməkdə davam edir, hansı ki, srağagün sərt döyüş hərəkətlərinə gətirib çıxardı və hər iki tərəfdən hərbi qulluqçular həlak oldular.

Rusiya hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru, "Dünya silah ticarətinin analizi mərkəzi"nin direktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, ehtiyatda olan polkovnik İqor Korotçenko virtualaz.org-un Moskva bürosuna bildirib ki, hazırda ziddiyyətli qiymətləndirmələr gedir, tərəflər bir-birini atəşkəs rejiminin pozulmasında və hücumda ittiham edir.

"ATƏT aydınlaşdırmalıdır ki, münaqişənin eskalasiyasına səbəb nə oldu. Aydındır ki, təmas xəttində diversiya-kəşfiyyat qrupları hərəkətə cəlb ediliblər, amma kimin tərəfindən - mən deyə bilmirəm", - ekspert qeyd edib.

Korotçenkonun sözlərinə görə, Rusiya Federasiyası regionda vəziyyətin kəskinləşməsində maraqlı deyil.

" Ancaq qeyd etməyə dəyər ki, burada böyük hərbi potensial yığılıb. Azərbaycan Rusiya, İsrail və Türkiyədən silah alır. Və bütövlükdə ölkə silahların alınması üzrə lider mövqe tutur. Əks tərəfə gəlincə, o orada uzunmüddətli və yaxşı təchiz edilmiş mövqelər hazırlayıb", - Korotçenko vurğulayıb.


Onun sözlərinə görə, döyüş hərəkətlərinin yenilənməsi regionda ağır nəticələrə gətirib çıxara bilər. "Aydındır ki, Azərbaycan bunda maraqlı deyil, əks təqdirdə ölkənin prezidenti İlham Əliyev Qətərə səfərə yola düşməzdi", - deyə Korotçenko qeyd edib.
Tarix: 27-02-2017, 08:24
Xəbəri paylaş





Xəbər lenti