Parlamentin iki tanınmış xanım deputatının passiv fəaliyyətindən ciddi şəkildə narazılıq var
Politika.Az-ın məlumatına görə, Jalə Əliyeva və Aytən Mustafayevanə seçicilərlə maraqlanır, nə də Milli Məclisdə çıxış edir.
J.Əliyeva 92 saylı Zərdab-Ucar seçki dairəsindən, A.Mustafayeva 16 saylı Yasamal ikinci seçki dairəsindən millət vəkili olublar.
Onların qeyri-fəallığı haqlı olaraq etirazla qarşılanır. Millət vəkilinin vəzifəsi parlamentdə fəallıq göstərmək, məsələlər qaldırmaq və seçiciləri ilə maraqlanmaqdır.
2015-ci ildən bəri J.Əliyeva ilə A.Mustafayevanın aktiv fəaliyyəti nəzərə çarpmayıb. Milli Məclisin örnək olan deputatları var - Yevda Abramov, Vahid Əhmədov, Aydın Mirzəzadə, Fazil Mustafa, Zahid Oruc və başqa deputatları qeyd etmək olar.
Xanımlar arasında Mehriban Əliyeva, Bahar Muradova, Zeynəb Xanlarova, Qənirə Paşayeva çox fəaldırlar. Əfsus ki, eyni sözləri J.Əliyeva ilə A.Mustafayeva barədə demək olmur.
Politika.Az-ın məlumatına görə, Zərdab-Ucar və Yasamal rayonlarının xirtdəyə qədər sosial problemləri, yolsuzluq, işsizlik, sosia müavinət və başqa dərd-səri var.
Bunlarla bağlı vətəndaşlar mütəmadi şikayət məktubları ünvanlayır. Xanım millət vəkilləri isə o dərəcə passiv fəaliyyətə keçib ki, seçicilər bunu məzuniyyət dövrü adlandırır. Onlar J.Əliyeva ilə A.Mustafayevanı seçkidən sonra görməyiblər.
Dəfələrlə “lal” deputat rubrikasında müxtəlif mandat sahibləri haqda arayış təqdim etmişik. Hətta onların arasında da son qərarlar barəsindən çıxış edənlər və etirazını bildirənlər oldu.
Amma A.Mustafayeva və J.Əliyeva danışmamaq mandatı alıblar. A.Mustafayevanın oğlunun biznes fəaliyyəti ərzaq, meyvə, tərəvəz satışından tutmuş katric doldurumuna qədər “çox geniş sahə”ni əhatə edir.
Amma deputat oğlunun qazanc sferası bunlarla yekunlaşmır. Çünki İdeal Concept Group əsas pulu inşaat, reklam, “facilities management” kimi sahələrdən çıxarır. Həmin qrupun menecmenti altında olan şirkətlər isə bunlardır:“One o One” ticarət kompaniyası/Dubay;
“Fresh Berry” supermarket/Dubay;
“Newadvice”- PRO şirkəti/Dubay.
QART eksklüziv avtomovil studiyası/Dubay.
“Twilight” yaxta, su oyunları, icarə və menecment şirkəti/Dubay
“Qalagroup” - mərkəzi ofisi Bakıdadır. Orxan Mustafayev “Linkedin” səhifəsində özünü “Qala Group” şirkətinin qurucusu (founder) kimi təqdim edir.Hüquqi ünvanı Nizami rayonunda yerləşən həmin şirkətlə Orxan Mustafayevin bağları barədə araşdırmamızın dərcini sonraya saxlayıram.
Hazırda diqqətinizi Aytən Mustafayevanın oğlunun yalnız Dubaydakı biznesinə çəkmək niyyətindəyəm.İlk növbədə yaxtalara.
Politika.Az-ın məlumatına görə, J.Əliyeva A.Mustafayevadan geri qalmır. Üstəgəl, onun siyasi dayaqları da zəifləyib. Bu baxımdan xanım deputat daha həssas olmalıdır.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun iqtidar daxilində ciddi mövqeyə sahib olduğu, IV və V çağırış parlament seçkilərində bəzi deputatlara ciddi dəstək olduğu heç kimə sirr deyil
Keçmiş nazirin qardaşı Elton Məmmədov, qudası, Respublikanın sabiq Hərbi Komissarı, istefada olan general Əlağa Hüseynov məhz sabiq nazirin ciddi dəstəyini əldə edərək, deputat seçiliblər.
Düzdür, nazirin qardaşı Elton Məmmədov son parlament seçkilərində mandat qazanmasa da, buna qədərki dövrdə məhz nazir qardaşının köməyi ilə öndə ola bilib.
Media yazıb ki, hazırda 92 saylı Zərdab - Ucar seçki dairəsini parlamentdə təmsil edən deputat Jalə Əliyeva deputat olmaq sevdasını məhz sabiq nazir Ziya Məmmədov və nazirin keçmiş deputat qardaşı Elton Məmmədovun hesabına reallaşdıra bilib.
Onların arasında çox sıcaq münasibətlər olsa da, Ziya Məmmədovun vurulması prosesinə start veriləndən Məmmədovlarla münasibətini faktiki olaraq pozub.
Siyasi terminlə desək, öz hamisinə qarşı dönük çıxıb.Xatırladaq ki, Jalə Əliyeva tanınmış şairə, mərhum Nurəngiz Günün qızıdır.
Hər iki xanım millət vəkilinin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 27-02-2017, 10:27