Ağdam sakinlərinə yezid zülmü... - ŞİKAYƏT

Ağdam sakinlərinə yezid zülmü... - ŞİKAYƏT Ağdam rayon Alıbəyli-1 və Alıbəyli-2 qəsəbələrində su problemi yaranıb.

Alıbəyli-1 və Alıbəyli-2 qəsəbə sakinlərinin "Ölkə.Az"-a verdiyi məlumata görə, artıq qəsəbələrə gün ərzində cəmi 1 saat su verilir. 1 saat ərzində gələn su isə qəsəbə sakinlərinin ehtiyacını ödəmir.


Qəsəbə sakinlərinin verdiyi məlumata görə, əvvəllər qəsəbələrdə su çənləri olsa da, sonradan o çənləri söküb təmir üçün aparıblar.

Alıbəyli-1 və Alıbəyli-2 qəsəbələrinin sakinlərinin şikayətlərinə aydınlıq gətirmək üçün Ağdam Su-Kanal İdarəsinin rəisi Vüqar Qəhrəmanovla əlaqə saxladıq. Rəis bildirdi ki, yanvar ayından adam sayına görə 1,5 manatdan pul ayrılıb. Hər kəs işlətdiyi suyun pulun verməlidir:

"Alıbəyli-2 qəsəbəsində 107 evdən cəmi 99 manat pul yığılıb, bu isə 10-15 ailənin ödəyəcəyi məbləğdir. Alıbəyli-1 qəsəbəsindən isə bu ay üçün cəmi 239 manat pul ödəyiblər. Onlar işlətdiyi suyun pulunu verməyənə qədər belə də davam edəcək. Ağdam Su-Kanal İdarəsinin enerji sərfiyyatı 33 min manatdır. İşçilərin aylıq maaş fondu isə 30 min manatdır. İşçilər 2 aydır ki, əməkhaqqı ala bilmirlər. İstifadə etdiyimiz enerjinin də pulunu ödəyə bilmirik".

Ağdam Su-Kanal İdarəsinin rəisi su pullarının yığılması ilə bağlı icra nümayəndələrinə xəbərdarlıq etdiklərini bildirdi.
Tarix: 27-04-2017, 10:07
Xəbəri paylaş





Xəbər lenti