Azərbaycan mason lojasında: Böyük toplantı gözlənilir

Azərbaycan mason lojasında: Böyük toplantı gözlənilir SSRİ dönəmində masonların ittifaq ərazisində təşkilatlanması qadağan olunmuşdu.Azərbaycanda da Sovet rejimi masonların fəaliyyətlərini əngəlləmişdilər.Lakin ittifaqın dağılmasından sonra digər respublikalar kimi Azərbaycana da axın başladı.İlk olaraq 2003-cü ildə Xəzər Lojası Türkiyə Böyük Mason Lojasının nəzdnində fəaliyyətə başladı.Lakin müəyyən vaxtadək Böyük Azərbaycan Lojasının qurulması ideyasını həyata keçirmək mümkün olmadı.Bakıya siyasi həmlələr olsa da danışıqlar baş tutmadı. Lakin 14 iləvvəl Türkiyə Böyük Mason Lojası Azərbaycana masonluğun cücərən toxumlarını səpdikdən sonra müəyyən kanallar vasitəsilə edilən cəhdlər nəticə verməyə başladı.

Bu məqsədlə “Üçbucaq” adlanan İstanbul, Ankara və İzmir “yuvalarındakı” masonların təşkilatçılığıyla komissiya quruldu.“Yeni Üfiq” adı verilən komissiyanın başına əslən azərbaycanlı olan Behzat Rizvani gətirildi.Komissiyanın sekratarlığını Ankara “yuvasından” Əli Herisçi öz üzərinə götürdü.2003-cü ildən bu günədək Müstəqil Azərbaycan Böyük Lojasının təkmilləşdirilməsi işi bu komissiya, yaxud Türkiyə Böyük Mason Lojası tərəfindən həyata keçirildiyi bildirilir.

Xəzər Lojası



Rəsmi qaydada təsdiqlənməsə də Azərbaycanda Xəzər Lojasının fəaliyyət göstərdiyi iddia olunur.Loja Türkiyədəki masonlar tərəfindən 2008-ci ildə qurulub. Azad və Qəbuledilmiş Masonların Böyük Lojasının (AQML) mətbu orqanı “Leveling”in 2008-ci il tarixli məlumatına görə, loja Müstəqil Azərbaycan Böyük Lojası ilə paralel fəaliyyət göstərir. Ehtimallara görə, 2003-cü ildən AQML və Sn.Omnia Tempus tərəfindən başqa bir lojanın qurulması üçün çalışmalarını davam etdirir.Təşkilatın Azərbaycan hakimiyyətində təmsil olunan adamları vasitəsilə diplomatik danışıqları davam etdirdiyi vurğulanır.Məlumatda bildirilirdi ki, “Bu gün fərqli yerlərdə lojaların qurulması işini davam etdirən qardaşlar Müstəqil Azərbaycan Böyük Lojasının qurulmasında üzərlərinə düşən qürurverici vəzifəni reallaşdıracaqlar”.

Generalın qətlində mason izi

Azərbaycan Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayevin masonlar tərəfindən öldürüldüyünü iddia olunur.Türkiyə kəşfiyyatının məlumatına görə, Rail Rzayev 2003-cü ildə lojanın qurulması üçün Azərbaycan hakimiyyətinə müraciət edən masonların bu təklifinə qarşı çıxıb.Uzun müddət masonların bu səylərinin qarşısına keçən generalın 2009-cu ildə onların Azərbaycandakı gizli şəbəkəsi tərəfindən qətlə yetirildiyi deyilir.2003-cü ildən 2008-ci ilədək Azərbaycandan cavab gözləyən masonların 5 illik gözləntisinə Bakıdan yenə “yox” cavabı verildi. Lakin bir il sonra “qardaşlar”ın gizli şəkildə Azərbaycandakı lojalarını qurmaq planlarını həyata keçirdiyi iddia olunur. Masonların keçmişində və təcrübələrində özlərinə qarşı çıxan nüfuzlu şəxsləri aradan götürmək ənənəsi var. İtaliyada fəaliyyət göstərən mason təşkilatı “Qladio”nun P2 Mason Lojası ölkənin mövcud siyasi sistemini sıradan çıxaracaq sayda ölümlərlə nəticələnən sui-qəsd planlarına imza atıb.

Azərbaycan masonları haradan idarə olunur?



2015-ci ildə Rusiya KİV-lərində yayılan məlumat başqa bir iddianı gündəmə gətirdi: Azərbaycan masonları Türkiyədən yox, Rusiyadan idarə olunurlar. Fakt Moskvada rəsmən tanınmış mason təşkilatı - Böyük Rusiya Lojasının qurulmasının 20 illiyi ilə əlaqədar keçirilmiş qapalı iclasında üzə çıxıb. Toplantında iştirak edənlərdən “V kurse” portalına sızdırılan informasiyaya görə, Rusiya masonları Ermənistan, Gürcüstan və Azərbaycanın Böyük Lojalarının təsisçiləridir.Yəni, hər 3 Cənubi Qafqaz ölkəsinin masonları Rusiyadan idarə olunur.

Azərbaycan Milli Mason Lojası

2001-2008-ci illərdə Azərbaycan Milli Böyük Lojasının yaradılmasına hazırlıq məqsədləri üçün bir çox tanınmış mason Bakıya səfər edib. Müzakirələrdən sonra 2008-ci ildə lojanın yaradılmasına qərar verilib.Bunun ardından Vaşinqton D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək “Baku Lodge No.2008”i yaradaraq Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb.Bu qurumun yaradılması prosesində Rusiya Böyük Lojasının köməyi olub və layihənin bütün səylərini dəstəkləyib.Azərbaycanda azad masonluğun yayılması ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilmiş iclasda qəbul olunmuş “Azerbaijan Lodge No.2001” adlı layihə ilə yayılmağa başlayıb. 2008-ci ilin dekabrın 5-də Böyük Ustadlar və Böyük katiblərin toplantısında Vaşinqton D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyət arasında Parisdə iclas keçirilib. Fransa Böyük Lojasının təşəbbüsü ilə Azərbaycan Milli Böyük Lojasının məqsədləri irəli sürülüb.Həmin ilin dekabrın 9-da Azərbaycan Milli Böyük Lojasının toplantısı çağırılıb və Böyük ustadlar Robert Bağır Heyət lojanın ilk Hörmətli Böyük Ustadı elan olunub. Hazırda Azərbaycanda 3 aktiv mason lojasının fəaliyyət göstərdiyi bildirilir: Azerbaijan Lodge No.1, Drugba Lodge No.3 və Baku Lodge No.4. Azərbaycan Milli Böyük Lojasının ümumillikdə 102 üzvü var.

Robert Bağır Heyət

Azərbaycan Milli Böyük Lojasının başçısı Robert Bağır Heyət 1938-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərində doğulub.ABŞ-a mühacirət edib və burada yaşayır.Amerikada ticarətlə məşğul olan Bağır Heyətin ən aktiv masonluq fəaliyyəti Rumıniyada yaşadığı dövrlərə təsadüf edir.İddiaya görə, o, Çauşesku rejiminin devrilməsiylə yadda qalan Rumıniya Xalq Qiyamının təşkilində, Amerikada türklərin Nur Lojası və Azəri Lojasının qurulmasında fəal iştirak edib.Bağır Heyət 2006-cı ildən Vaşinqtondakı lojaların mərkəzi sayılan Kolumbiya Dairəsi Böyük Lojasıına başçılıq edən Hörmətli Böyük Ustad adını daşıyır. O, Azərbaycanda azad masonluğun bünövrəsini qoyan şəxs hesab olunur. Məhz onun təşəbbüsü ilə 2000-ci ildə Vaşinqtonda türkdillilərin “Nur-2000” lojası qurulanda, Azərbaycanda da Azad Masonluğu qurub inkişaf etdirmək qərarı qəbul olunub.Azərbaycanda masonların fəaliyyətinə dair ilk açıq məlumat 2006-cı ildə yayılıb.Həmin vaxt ölkə mediasında Paşa adlı şəxsin ilginc iddiaları rezonans doğurmuşdu.Özünü Azərbaycan masonlarının lideri elan etmiş Paşa adlı şəxs bir neçə dəfə müsahibə verərək, Bakıdakı fəaliyyəti barədə danışdı.Amma sonralar onun fəaliyyəti barədə heç nə eşidilmədi.

Masonların növbəti Bakı toplantısı



2015-ci ildə Azərbaycan Böyük Mason Lojası Assambleyasının toplantısının planlaşdırılması barədə məlumat yayıldı. Bu barədə Rusiya Mason Lojasının rəhbəri Andrey Boqdanov məlumat vermişdi: “Sabah Böyük Azərbaycan Lojası Assambleyasında iştirak etmək üçün Bakıya uçuram”, - deyə o sosial şəbəkədəki səhifəsində yazmışdı. Boqdanovla birlikdə Bakıya Azərbaycan Mason Lojasının rəhbəri Bağır Heyət və Araz Kazazın da gələcəyi bildirilsə də sonradan bu haqda məlumat verilmədi. Lakin bir neçə gün əvvəl İrəvanda Ermənistan Böyük Milli Mason Lojasının toplantısının keçirilməsindən sonra Rusiya KİV-lərində Gürcüstan və Azərbaycan milli mason lojalarının toplantılarının keçiriləcəyi haqda informasiya yayıldı. Hələlik görüşün dəqiq tarixi barədə məlumat olmasa da masonların yay aylarında bir araya toplaşacaqları ehtimal olunur.

İlk mason təşkilatı Azərbaycanda yaradılıb?

Mənası “bənna” olan masonlar özlərini Süleyman Məbədi Ordeninin varisləri (tamplierlər) hesab edirlər.Masonluğun yaranması da Süleyman peyğəmbərin Qüds şəhərində Allah üçün tikdiyi məbədlə, yəni, inşaat, yaxud tikinti işi ilə bağlıdır.Qədim yəhudi “Talmud” mətnlərinə görə, Süleyman peyğəmbərin tikdiyi yerdə (Moria torpağında) Nuh peyğəmbər gəmisindən düşdüyü gün qurban kəsmişdi və İbrahim peyğəmbər burada Allaha qurban vermək üçün öz oğlu İsmayılın qollarını bağlamışdı.“Talmud”da həmçinin Adəmin də bu torpaqlarda qurban kəsdiyi yazılır. I əsrdə yaşamış yəhudi ravvini Şimon ben Yoxay yazırdı ki, Moria dağı müqəddəsliyinə görə o dünyaya bərabərdir. Qədim Misir mənbələrinə görə, Moria rəmzi mar, marlar torpağı, yəni Midiya ərazisi, Qüds isə Kadus, yəni Kudduslar (müqəddəslər) vilayəti deməkdir.Həmin mənbələrə görə, Süleyman peyğəmbərin Qüdsdə tikdiyi məbəd əslində qədim Midiya ərazisində yerləşib.Xatırladaq ki, Şərq tarixində ilk imperiya olmuş Midiya ilkin dövrlərdə qədim Azərbaycan ərazilərində yaranıb və Ön Asiyayadək genişlənib.Midiya qədim Azərbaycan dövləti Mannanın tarixi, mədəni və etnik varisidir.İngilis alimi Artur Kestler də bu iddiaları istisna etmir.Kestler “13-cü Boy” kitabında yazır ki, yəhudilər indiki İordan ərazisindən yox, arilərin vətəni olan Qafqazdan çıxıblar və əsl yəhudilər Xəzər xaqanı və türk bəgləridir.

Tarixi mənbələrdə

İppolit də özünün “Refutatio” əsərində Süleyman məbədinin Yerusəlimdə - Midiya ərazilərində tikildiyinə diqqət çəkir.İppolitin kitabının sonunda adı “Gel” olan Qüds, yəni, Yerusəlim şəhəri allahla bağlıdır və mənbələrdə “ilandan doğulmuş midiyalılar” deyəndə də Midiya ərazisində yaşayan Kaduslar, yəni “müqəddəs mələklər” nəsli nəzərdə tutulur. Bir sıra mənbələrə görə, İsrail rəmzi (İzrail, yaxud Əzrail) qədim dilçilikdə “Oziri-Elı” (Azər eli) mənasını verir. Bu, Oziri allahlarının, yəni, əzraillərin yaşadıqları yer deməkdir. “Tövrat”a görə, İzrail (İsrail) yəhudiləri - amoreylər, yəni marlar torpağı (Midiya) olan İazər, yəni, Azər (Oziri) torpaqlarında yaşayırdılar və onlar amoreyləri qovub onların kəndlərini tutdular. Tarixçi B.A.Turayevə görə də amoreylərin, yəni, mar-midiyalıların ölkəsi Aziru, yəni, Azər/Oziri şahlığıdır.

5500 il əvvəl

İddiaların ümumi nəticəsindən bu məntiq çıxır ki, İsa, Süleyman və digər yəhudi əsilli peyğəmbərlərin, qədim Misir allahlarının vətəni vaxtilə Azərbaycan ərazilərində mövcud olmuş Midiya dövlətidir və masonlar Süleyman məbədini bu ərazilərdə qoruyublar.Bu, mason tarixinin ilk lojası hesab olunur. Yəni, ilk masonlar 5500 il əvvəl Azərbaycan ərazisində yaşamış Azəri türk bəglərinin ismaili-nizari qoluna aid kadus/kuddus müqəddəslərinin nümayəndələri olublar. Süleyman Məbədi Ordeninin cəngavərləri bu məbədin xidmətində durmaq üçün təşkil olunmuş assasinlərdir.Bunun mənası “gözətçilər” deməkdir, yəni, “sirr gözətçiləri”.Təsadüfi deyil ki, Azərbaycan toponimi bir sıra mənbələrdə “od gözətçiləri” mənasında işlədilir.Qeyd edək ki, sonuncu dəfə 2014-cü ilin iyun ayında Bakıda Masonların Ali Lojasının toplantısı keçirilib.Toplantıda masonluğun vacib ritualı olan installiatsiya (quraşdırma) icra olunub. Masonluqda bu, Ali Lojanın ali rütbəli zabitlərinin Ali Ustad rütbəsinə qəbul olunması ilə bağlı andiçmə mərasimidir. Həmin il Azərbaycan mason lojasından yeni Ali Ustad Araz Kanzas bu mərasimdə and içib.

Mənsur Rəğbətoğlu
Cebhe.info
Tarix: 3-05-2017, 20:56
Xəbəri paylaş





Xəbər lenti