USUBOV EYYUBOVUN QARDAŞI OĞLUNA YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO

USUBOV EYYUBOVUN QARDAŞI OĞLUNA YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO Daxili işlər orqanlarında yeni təyinatlar olub. APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon Polis Şöbəsinin rəisi təyin olunub.
Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı, polis polkovniki Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
BakiPost.az əlavə edir ki, Rövşən Eyyubov Azərbaycan Respublikası xüsusi dövlət mühafizə xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.
USUBOV EYYUBOVUN QARDAŞI OĞLUNA YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO
Tarix: 4-05-2017, 23:50
Xəbəri paylaş





Xəbər lenti