Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Kərimov icra başçısı olmaq eşqinə düşübUlus.Az-ı məlumatlandıran mənbənin sözlərinə görə, idarə rəisi yüksək vəzifə tutan bacısı oğlunun vədinə arxayın olub.
R.Kərimov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun kiçik dayısıdır və Cəlilabadda daha çox biznesmen kimi ad çıxarıb. Buna baxmayaraq, R.Kərimov K.Həsənovun hesabına icra başçısı olacağına arxayınlaşıb.
O, özünə yaxın çevrədə etdiyi qeyri-rəsmi söhbət zamanı bildirib ki, komitə sədri olan bacısı oğlu onun karyera yüksəlişinə şərait yaradacaq. Hətta R.Kərimova Cəlilabadın icra başçısı olacağına inandırıb.
İddialara görə, R.Kərimov Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılmalı imiş. Amma kənd təsərrüfatı naziri Heydər Əsədov Kərəm Həsənova hörmət xatirinə onu işdən kənarlaşdırmayıb.
Halbuki, R.Kərimov tamamilə fəaliyyətsizdir və idarədə heç bir məşğuliyyəti yoxdur. Ona görə nazir Cəlilabadda yeni kadr təyin etmək istəyib.
Ancaq K.Həsənova olan hörmətinə görə R.Kərimova göz yumub. Mənbə qeyd edir ki, komitə sədrinin dayısı idarədə əsasən vaxtını biznes planı qurmaqla keçirir.
Kənd Təsərrüfatı Nazirliyində (KTN) “Taxıl biçininin qısa müddətdə və itkisiz yığımının təşkili ilə bağlı qarşıda duran vəzifələr”ə həsr olunmuş respublika müşavirəsində R.Kərimov töhmət alıb.
R.Kərimov K.Həsənovun cavabını gözəyir. Rahib Kərimov rayonun bütün aqrar sektorunu ağlar günə qoyub.
Dövlət başçısı pambıq əkilməsi, aqrar sektorun inkişafı, heyvandarlığın artırılması istiqamətinmdə tapşırıqlar versə də, komitə sədrinin dayısı öz “konstitusiyası” ilə fəaliyyət göstərir.
Sosial şəbəkələrdə gedən məlumatlara görə, Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad şöbəsinin rəisi olan R.Kərimov komitə sədri olan bacı oğluna güvənərək aqrar sahəni darmadağın etməkdədir.
Nəticədə Cəlilabad kimi aqrar bir rayonda fermerlər, kəndlilər, subsidiya arzusunda olan sahibkarlar, pambıq və kartof əkən təsərrüfatçılar qan ağlayır.
Məlumatda qeyd olunur ki, böhranın dərinləşməsi və bahalaşmanın hər sahəni bürüməsi insanların sosial həyatını ağırlaşdırsa da, “Cəlilabad Şərab-2” ASC rəhbərliyi işçilərin pulunu vaxtında ödəmir.
Feysbukda komitə sədrinin sahib olduğu zavodun dayısı və qardaşı tərəfindən idarə olunduğu deyilir. K.Həsənovun dayısı Rahib Kərimov Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad şöbəsinin rəisidir.
Onun rayonun aqrar sektorunu da məhv etdiyi söylənir. Zavoda nəzarət edən ikinci şəxs isə komitə sədrinin deputat qardaşı Malik Həsənovun olduğu bildirilir.
Ulus.Az
Tarix: 8-05-2017, 07:56