Erməni nazir Rusiyanı Bakı-Ankara birliyi ilə HƏDƏLƏDİ

Erməni nazir Rusiyanı Bakı-Ankara birliyi ilə HƏDƏLƏDİ “Türkiyə NATO-nun üzvü kimi Azərbaycanda fəaliyyətini getdikcə genişləndirir və bununla da Rusiyaya təhlükə yaradır”.

Siam.az Cebhe.info-a istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Vigen Sarkisyan bildirib. “İnterfaks” agentliyinə müsahibəsində Vigen Sarkisyan qeyd edib ki, Türkiyə-Rusiya əlaqələrinin müsbət tempdə inkişafını dəyərləndirir: "Buna baxmayaraq, mən bu təhlükəni diqqətdən kənarda qoymazdım".

Nazirin sözlərinə görə, rəsmi Ankara Qarabağ münaqişəsinin həlli prosesində neqativ rol oynayır. Açıq şəkildə rəsmi Bakının siyasətini dəstəkləyir və bu dəstək silahlanma, texnologiya sahəsində də davam etdirilir: "Bu ciddi təhlükə yaradır. Həmçinin cənub cəbhəsində Rusiya üçün də Dağıstan sərhədində nə baş verdiyi ciddi məsələdir".

Siam.az
Tarix: 8-05-2017, 13:52
Xəbəri paylaş





Xəbər lenti