"Bu xəyanətkarlar təkcə hərbiyə deyil, bir çox sahələrə kök atıblar"

"Bu xəyanətkarlar təkcə hərbiyə deyil, bir çox sahələrə kök atıblar" "Erməniləri Bakıya dəvət etməklə Qarabağı qaytara bilməyəcəyik"
""Qocalar evi hər dəqiqə ölkəmizi satmağa hazırdır"



"Mən açıqlamalarımda dəfəlrlə demişdim ki, Azərbacanda xəyanətkarlar at oynadır. Hərbi hissədə bu dərəcədə olan xəyanət çox qorxunc haldı"

"Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, ölkədə prezidentə qarşı fəaliyyət göstərən şəbəkə var:

Ölkə prezidentinə qarşı olan şəxslər İlham Əliyevə qarşı qiyam qaldırmaq istəyirlər. Bunlar şəbəkə formasında fəaliyyət göstərirlər. Bu xəyanətkarlar təkcə hərbidə deyil, bir çox sahələrə kök atıblar. Bunlardan xilas olunmaq üçün təcili kadr islahatları olmalıdır. Bakıda ermənilərin böyük şəbəkəsi var. Biz o, erməniləri Bakıya dəvət etməklə Qarabağı qaytara bilməyəcəyik. Xalqımız ayıq olmalıdır. Hamı prezident ətrafında sıx birləşməlidir. Allah bu millətə və qardaşım İlham Əliyevə kömək olsun. Biz ölkəni qorumaq üçün çox çətin şərtlər altında fəaliyyət göstəririk. Bu cür xənanətlərin üstü zaman-zaman açılacaq. Ermənilərlə əlaqəyə girənlər İlham Əliyevə arxadan zəribə vurmaq üçün fürsət axtarır. Mən Hafiz Hacıyev hər zaman prezidentə qarşı yönələcək istənilən zərbəyə sinəmi sipər edəcəm. Buna heç kimin şübhəsi olmasın. Qiyama təkan vermək istəyən "qocalar evi" hər dəqiqə ölkəmizi satmağa hazırdır. Ölkədə bunların əlaltısı olan müxalifətçilər də var. Lazım olanda həmin müxalifəti də prezidentə qarşı yönəldirlər."
Tarix: 9-05-2017, 09:04
Xəbəri paylaş





Xəbər lenti