Polad Bülbüloğlu səfir postundan geri çağırılır - təfsilat

Polad Bülbüloğlu səfir postundan geri çağırılır - təfsilat YUNESKO-ya rəhbərlik üçün namizəd olan Rusiyadakı səfir diplomat kimi fəaliyyətinin başa vurmaq ərəfəsindədir; gələn il həm Azərbaycanda, həm Rusiyada mühüm siyasi hadisə olacaq; iqtidar Moskvada səfir postuna daha çevik diplomat təyinatı barədə qərarlıdır

YUNESKO-ya rəhbərlik üçün namizəd olan Rusiyadakı səfir diplomat kimi fəaliyyətini başa vurmaq ərəfəsindədir; Gələn il həm Azərbaycanda, həm Rusiyada mühüm siyasi hadisə olacaq; iqtidar Moskvada səfir postuna daha çevik diplomat təyinatı barədə qərarlıdır


Xəbər verildiyi kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizəd olub.

Onun namizədliyini Azərbaycan rəsmən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edib. P.Bülbüloğlu artıq Parisdə növbəti dörd il üçün təşkilatın məsuliyyət sahələrində beynəlxalq ictimaiyyətin əsas məqsədləri barədə öz proqramının bəzi məqamlarını açıqlayıb.


Qeyd edək ki, 2009-cu ildə YUNESKO-nun baş direktoru vəzifəsinə seçilən, 2013-ci ildə ikinci dəfə görəvinin başında qalan bolqarıstanlı diplomat İrina Bokovanın səlahiyyət müddəti payızda başa çatır. YUNESKO-nun qaydalarına görə, bir şəxs baş direktor vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.Polad Bülbüloğlu səfir postundan geri çağırılır - təfsilat




Təcrübəli diplomat olan İrina Boyko YUNESKO-nun onuncu rəhbəridir. Payızda keçiriləcək seçkilərdə təşkilatın 11-ci rəhbərinin adı bilinməlidir.


Məlumat üçün deyək ki, təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransa paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif bölgələrindən 67 büro və alt bölmələr daxildir. Hazırda təşkilatın 191 üzvü var. Siyasi Şuranın 58 üzvü var. Oktyabrda 58 üzv toplaşaraq namizədlər irəli sürəcək, gizli səsvermə olacaq və ən çox etimad qazanmış namizəd təşkilatı baş konfransa gedəcək. Baş konfransda isə YUNESKO-nun 11-ci baş direktorunu seçəcək.


P.Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olması ölkə mediasında və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. P.Bülbüloğlu ingilis dilini yaxşı bilməməsi barədə iradlara münasibət bildirərək deyib ki, ingilis dilində bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışır: “Dil məsələsi mübahisəlidir. YUNESKO-da da 6 əsas dil keçərlidir. Bunlardan biri rus dilidir. Mən bu dili mükəmməl bilirəm. Orada tələb oldu ki, ingilis və ya rus dili olsun. Bütün hallarda mən suallara cavab verdim. Mən ingilis dilini ingilislər kimi bilmirəm. Qarşıda 5 ay var, mən hələ hazırlaşacağam”.Polad Bülbüloğlu səfir postundan geri çağırılır - təfsilat




P.Bülbüloğlu vurğulayıb ki, əsas məsələ namizədin hansı ideyalar irəli sürməsidir: “Bu gün bu quruma onun problemlərini həll edə biləcək qətiyyətli, yeni ideyalar və yanaşmalar, islahatlar təklif edə bilən adam lazımdır. Mənim krizis menecment sahəsində çox gözəl təcrübəm var. Mən Sovet İttifaqı dağılan dövrdə Azərbaycanın mədəniyyət naziri olmuşam”.
P.Bülbüloğlunun namizədliyini irəli sürməsi və seçiləcəyi təqdirdə nüfuzlu bir təşkilata rəhbərlik etməsi şübhəsiz ki, Azərbaycan adına çox uğurlu bir iş olar. Amma indilikdə onun namizədliyini irəli sürməsi barədə çox sensasion hesab oluna bilən iddialar var.

İddia olunur ki, 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışan P.Bülbüloğlu ilin sonunadək vəzifəsindən geri çağırılacaq. 11 ildir ki, Azərbaycan üçün ən önəmli bir ölkədə səfir işləyən P.Bülbüloğlu özü də vəzifədən getmək niyyətindədir. Amma əsas məqam budur ki, iqtidar onun diplomat fəaliyyətindən çoxdan razı deyil. Bildirilir ki, P.Bülbüloğlunun xüsusilə Rusiyadakı diaspora ilə bağlı tutduğu mövqe Bakını ciddi narazı salır. Onun 11 illik fəaliyyəti dövründə Azərbaycanın bu ölkədəki diaspor təşkilatları parçalanaraq zəifləyib. Sirr deyil ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının böyük bir qismi amorf təşkilatlara çevrilib. Diaspor üzərində liderlik iddiaları diasporun böyük hissəsinin ondan üz döndərməsi ilə nəticələnib. Rusiyadakı diaspora bu illər ərzində əsasən Heydər Əliyev Fondunun zəhməti sayəsində ayaqda qala bilib.Polad Bülbüloğlu səfir postundan geri çağırılır - təfsilat




İddialara görə, P.Bülbüloğlu xüsusilə diaspora təşkilatları arasında koordinasiyanı lazımi səviyyədə edə bilməyib, hətta intriqalarda tərəf kimi çıxış edib. İqtidarın P.Bülbüloğlundan əsas narazılığı isə onun Azərbaycanın sabiq vitse-primyeri Abbas Abbasovun vaxtilə rəhbərlik etdiyi “AzerRos”da baş verən parçalanmada sabiq məmurun tərəfini tutması olub. Həmin ərəfədə A.Abbasova qarşı cəbhədə yer alan Söyün Sadıqov səfiri öz həmyerlilərinin taleyinə biganəlikdə, rəsmi Bakıya qarşı yaradılmış “Milyarder ittifaqı” ilə bir gəmidə yer almaqda günahlandırmışdı.

Polad Bülbüloğlu səfir postundan geri çağırılır - təfsilat mrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi üçün Rusiya Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti P.Bülbüloğlunu yenidən tənqid hədəfinə çevirib. Aprelin 26-na təyin edilən məhkəmə mayın 15-dək təxirə salınsa da, 50-dən çox regional təşkilatı olan ÜAK-ın taleyi bir qərarın ümidinə qalıb. ÜAK-ın qeydiyyatı ilə bağlı yaranmış vəziyyəti Azərbaycan mediasına şərh edən rusiyalı siyasi texnoloq Denis Kokordinovun fikirləri də maraqlıdır. O, təşkilatın qeydiyyatın ləğv edilməsi kimi bir təhlükə ilə üzləşməsində Rusiyadakı səfirimizin məsuliyyəti olduğunu demişdi. Politexnoloq iddia edib ki, P.Bülbüloğlu təşkilatın fəaliyyətinə bəzi hallarda qısqanc münasibət göstərib, təşkilatın ictimai arenada nüfuzlu nümayəndələrinin ÜAK-dan uzaqlaşdırılmasına nail olub. Maraqlıdır ki, bu qədər səs-küy doğuran məhkəmə barədə səfir hələ də danışmayıb ki, bu da müəmmaları artırır.


Gələn il həm Rusiyada, həm də Azərbaycanda prezident seçkiləri ilidir. Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olsa da, bu münasibətlər etiraf etmək lazımdır ki, həm də ziqzaqvaridir. Zamanla Rusiya ilə rəsmi Bakı arasında gərginliklər müşahidə edilir. Bu cür hallarda isə P.Bülbüloğlu həmişə “kölgədə qalmağa” çalışır ki, bu da rəsmi Bakını razı sala bilməz. Bildirilir ki, iqtidar Rusiyadakı səfir postuna daha çevik diplomat təyinatı barədə qərarlıdır. Bu səbəbdən də P.Bülbüloğlu iqtidarın xeyir-duası ilə YUNESKO-ya rəhbərlik üçün yarışa qatılıb ki, bu işdə ona Azərbaycan adına ancaq uğurlar arzulamaq lazımdır.


“YM”
Tarix: 9-05-2017, 10:42
Xəbəri paylaş





Xəbər lenti