“Elçibəyin şəkli arxasında yerini möhkəmləndirən…”- FİRUDİN CƏLİOV SƏRT DANIŞDI

“Elçibəyin şəkli arxasında yerini möhkəmləndirən…”- FİRUDİN CƏLİOV SƏRT DANIŞDI “Son bir ildə kənddə idim, internet bağlantım olmadığından sosial şəbəkələrdə, FB-də yazılan, müzakirə olunan məsələlərdən xəbərim olmurdu. Bakıya qayıdandan sonra mənim haqqımda bəzi yaratıqların yazılarını oxudum. Nə vaxtsa vicdan əzabı çəkəcəklərinə inandığım üçün adətən belə yazılara cavab verməyi özümə uyğun görmürəm.
İndi özünə “adi dərmana pul tapmayan veteran” deyən tanınmış jurnalist Firuz Haşımov da 20-25 il öncə məni və Elçibəyi qaralamışdı, haqqımızda ağzına gələni yazırdı. Bir gün Sabir bağının qarşısındakı kitab dükanında rastlaşdıq, ona dedim ki, bu nə yaramazlıqdı edirsən, bir az çəkinsə də, kişi kimi etiraf etdi ki, a bəy, çörək pulum bu yazılardan çıxır. Dedim, onda halal edirəm, ancaq böhtan atıb təhqir etmə, bir az tərbiyəli yaz”.

Gununsesi.info xəbər verir ki, bunu baş nazirin sabiq müavini, eks deputat və təhsil naziri Firudin Cəlilov öz “Facebook” statusunda yazıb.
Statusu olduğu kimi, təqdim edirik:
“Elə ilk baxışdan bu yazıların da haradan və kimlərin sifarişilə təşkil olunduğu aydın görünür, təsadüfi deyil ki, ağabəyləri bu missiya üçün dəfələrlə sınanmış dırnaqarası biri filosof, o biri də millətçi kimi yetişdirilmiş, birini dost saydığım, o birini də oğlum kimi sevib arxalandığım iki dönük “yeraz” seçmişər. Adlarını belə dilə gətirməyi özümə layiq bilmədiyim bu yaramazlardan biri böhtan dolu yazısında yanlış tarixlər göstərərək yazır ki, guya nurçu məktəbləri, o çümlədən Qafqaz universiteti mənim vaxtımda açılmışdır. Halbuki, bu universitet hələ AXC hakimiyətindən əvvəl onun keçmiş qərargahında (Sovetskidə) qeyri-rəsmi fəaliyətdə idi və ilk dəfə ona dövlət sertifikatı məndən iki il sonra 1995-də (Tansu Çilər Bakıya gələndə) verilmişdi.
Elçibəyin şəkili arxasında yerini möhkəmləndirən, lakin onun qurduğu BAB-a sədr seçilib, bu qurumu dağıdan o biri bəy də FB səhifəsində yenə yanlış ifadə ilə müzakirə açıb məni Türkiyədə təhsil almış tələbələrə söydürür. Guya mən telefonla verdiyim bir intervüdə Türkiyədə oxuyanların “hamısını” nurçulara qoşulduğunu demişəm, halbuki mən “Türkiyəyə oxumağa gedənlərdən” demişdim, bu da “bəziləri” anlamına gəlir. Baxmayaraq ki, sayt özü həmin absurd ifadəyə məndən xəbərsiz düzəliş vermişdi, ancaq müzakirəyə qoşulanlardan bəziləri tərbiyəsiz ifadələrlə təhqir etməyi davam etdirmiş, bəy əfəndi də məqsədinə çatmışdır, hətta, mənə yönəlik “Türkiyədə təhsil alanlar kimin hansı “dinə-məzhəbə” qulluq etdiyini yaxşı bilirlər !!!” – deyə, üç nida ilə məqsədini də açıqlamışdır.
P.S. Təsadüfən həmin millətçi bəy əfəndinin Azərbaycana olan “sevgisini” bəyan etmək üçün dediyi bu anti-milli sözləri qarşıma çıxdı: “Mən inanıram ki, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması bizim xeyrimizədir… Mən birmənalı olaraq bu məsələdə sərhədlərin açılmasından yanayam… Bu mənim Azərbaycana olan sevgimdən qaynaqlanan inancımdır”.
Bu sözlərin arxasında “kimin hansı məzhəbə qulluq etməsi” (nidasız verdim) aydın görünür, çünki Türkiyədə sərhədlərin açılmasının kimin xeyrinə olması hamıya bəllidir”.

Siam.az
Tarix: 10-05-2017, 07:43
Xəbəri paylaş





Xəbər lenti