Növbəti adi vətəndaş: Əliyevin Pirverdiyevi siyasi qəyyumluğa götürməməsinin - Gerçəkləri

Növbəti adi vətəndaş: Əliyevin Pirverdiyevi siyasi qəyyumluğa götürməməsinin - Gerçəkləri Bir zamanlar Etibar Pirverdiyev ad-soyadı çox ciddi, media üçün mövzu olan bir fiqur kimi səslənirdi.

AnaXeber.Az yazır ki, “Azərenerji” ASC prezidenti özünü təkcə bu qurumun yox, ölkənin prezidenti kimi hiss edirdi.
Necə ki nəqliyyat naziri olduğu dövrdə Ziya Məmmədov haqda eyni sözləri demək olardı.
Gün gəldi, vaxt keçdi, hakimiyyətin idarəçilik sistemində kurs dəyişdi, pulların və mövqelərin bölüşdürülməsinə yenidən baxıldı...Bax, onda nə Ziya Məmmədov, nə Etibar Pirverdiyev var idi.

Göydən üç alma düşdü kimi bir nağılın sonu oldu. Çünki hər iki məmur hakimiyyətə xəyanət etmişdi.
Bu siyasi məkr heç də ümumi kursa zidd getməkdə deyildi. Sadəcə, pulları düz xərcləmirdilər. Hakimiyyət belə səhvləri bağışlamır.
O gün - bu gün Etibar Pirverdiyev prezident İlham Əliyevin də, Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin də, iqtidarın yüksək eşelonundakı kluarlarında gözdən düşmüş bir məmur olaraq yadda qalmağa, getdikcə mövqeləri zəfilədilməyə, rəhbəri olduğu qurumda səlahiyyətləri azaldılmağa, o cümlədən biznesi, sözünün kəsərliliyi çökdürülməyə başladı.
Dünənə görə çox sağ ol, bu gün isə bizə lazım deyilsən - bu prinsiplə “Azərenerji” ASC-nin oliqarx prezidenti Ziya Məmmədov kimi adi vətəndaşa çevrilmək üzrədir. Halbuki, bir vaxtlar onu gur-gur guruldayan görərdik...
Pirverdiyev barəsində son dövrlərdə təzədən yeni xəbərlər eşitməkdəyik. Məlumatlara görə “Azərenerji” ASC-də kifayət qədər yeyinti faktları var. Təbii ki, bütün bu və bu kimi faktlara yoxlamalardan sonra tam şəkildə aydınlıq gələcək.

Əgər deyilənlər özünü doğruldarsa Etibar Pirverdiyev haqqında yekun qərar veriləcək. Ehtimal olunur ki, E.Pirverdiyev yaxın günlərdə tutduğu postdan kənarlaşdırılacaq.
Digər tərəfdən E.Pirverdiyev oliqarxlaşmış məmurlardan biridir. Məlumatlara görə “Expressbank” məhz bu şəxsin kurasiyasında fəaliyyət göstərir.
Azərbaycanda bank sahibi olmaq isə o, qədər də asan məsələ deyil. Son günlər yayılan məlumatlara görə “Expressbank” bağlanmağa ən real namizədlərdən biridir.
AnaXeber.Az yazır ki, Pirverdiyev Şabranda dəvə saxlaması, ayrı-ayrı yerlərdə biznes strukturları genişləndirməsi ilə tez-tez gündəmə gəlirdi.
Elə ki səlahiyyətləri azaldıldı, oliqarx-prezident yolun qara zolağına keçdiyini hiss etməli oldu, dövlət başçısının ona etimadının qalmadığını dərk elədi. Amma başqaları kimi o da səsini çıxara bilmədi.

Bir tərəfdən də, Pirverdiyev kimdir ki, ölkə rəhbərliyən hansısa formada təsir edə bilsin?! Onun karyera yüksəlişi də şəxsi iradəsi və keyfiyyətləri hesabına olmayıb.
Beləliklə, azı iki ildir biz Ziya Məmmədov kimi adi vətəndaşa çevrilməkdə olan Etibar Pirverdiyev müşahidə edirik.
Bu gedişat NN kimi “Azərenerji” ASC-nin də ləğv olunacağı və fəaliyyətinə xxtam veriləcəyi perspektivi ehtimalını gücləndirir.
Xatırladaq ki, 2015-ci ilin fevralında "Azərenerji” elektrik enerjisinin satışından uzaqlaşdırılıb, həmçinin istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan əmlak və digər avadanlıqlar "Azərişıq”ın balansına verilib.

Hələ o zamandan ölkə başçısının sərəncamı Pirverdiyevin sıradan çıxarılması prosesinin başlanması kimi izah edilirdi. O dövrdə maliyyə nazirinin açıqlaması da belə deməyə əsas verirdi ki, iqtidar Pirverdiyevlə üzülüşməkdə qərarlıdır.
Yeri gəlmişkən, Pirverdiyev artıq siyasi klanların çəkişməsində də önəmli kadr hesab olunmur.
Hakimiyyətin bu gün mövqeləri bölüşdürməsinə yenidən baxması, Paşayevlərlə Mehdiyevlər qruplaşmasının iqtidar uğrunda gərgin mübarizəsi, referendum və vitse-prezidentlik proseslərinin gətirib çıxardığı nəticələrin heç birində Pirverdiyevin iştirakı olmayıb.
Onu nə Naxçıvan klanı, nə də Bakı qruplaşması siyasi qəyyumluğa götürmək istəyir. Ortalıqda qalan, səlahiyyətləri demək olar ki, heçə enən Pirverdiyev prezident sərəncamını gözləməkdədir.
Bəlkə onun özü də tezliklə qərarın çıxmasını, Ziya Məmmədov kimi məsuliyyətdən azad olunmasını gözləyir. Axı nə qədər olmaya, iqtidar daxilində yüksək post tutmaq, hər bir incəliyə diqqət yetirmək əlavə məsuliyyət hissi yaradır?!
O baxımdan biznes imkanlarını, əmlaklarını az-çox saxlayan, adı MTN işinə bulaşmayan Pirverdiyevi o qədər də ağır cəza gözləmir. Olsa-olsa Ziya Məmmədov kimi sakit şəkildə yola salınacaq.

Kəsəsi, E.Pirverdiyevin korrupsiya əməlləri və hakimiyyətdəki etibarını itirdiyi barədə məlumatlar çoxdan mətbuatda dolaşırdı.
Səhmlərinin 100 faizi dövlətə məxsus olan ASC-yə milyardlarla dollara yaxın investisiya yatırılsa da, prezidentin 2015-ci ildəki sərəncamından da belə məlum olur ki, ayrılan vəsaitin əhəmiyyətli hissəsi mənimsənilib.
Mütəxəssislərin hesablamalarına görə, ayrılan vəsait (əhəmiyyətli hissəsini dövlət kredit şəklində alıb) məqsədəuyğun sərf edilsəydi, Azərbaycanda sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olardı.
Həm məlum sərəncam, həm hökumətin özəlləşdirmə hazırlıqları "Azərenerji” rəhbərinə bundan sonra etibar edilməyəcəyinə sübutdur.
Beləcə Nəqliyyat Nazirliyi qarışıq ləğv olunan Ziya Məmmədov kimi Etibar Pirverdiyevin də qoltuğuna rəhbəri olduğu ASC verilib demontaj ediləcək. Demədi, deməyin...
Siam.az
Tarix: 11-05-2017, 09:04
Xəbəri paylaş





Xəbər lenti