“Heydər Əsədov istefa verməlidir” – Partiya sədrindən sərt AÇIQLAMA

“Heydər Əsədov istefa verməlidir” – Partiya sədrindən sərt AÇIQLAMA "Heydər Əsədovun oğlu ilə bağlı məlumatları mən yaymışam”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafi Hacıyev deyib.

O, qeyd edib ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədov istefaya getməlidir: "Heydər Əsədov Ziya Məmmədovla birgə əldə etdiyi milyonlar müsadirə edilməli dövlətə qaytarılmalıdır. Digər nazirləra qarşı da belə tədbirlər görülməldir. Onların 90 faizi ölkə başçısının əleyhinə işləyir. Çalışıram, özüm bu xəyanətlərin qarşısını alım. Heydər Əsədov və Ziya Məmmədov haqqında dediyim faktları heç kim inkar edə bilməz. Əgər həmin məmurlar məni məhkəməyə vermək istəyirlərsə, buyursunlar.
Heydər Əsədovun oğlunu izlədib, məlumatları əldə etdik və yayımladıq. Bu işin başında duran mənəm. Heydər Əsədov bilsin ki, mənim xaricdə yaxşı dostlarım var. Onlrın uşaqları gündəik təmasda olurlar. Bunu mən onlara tapşırmışam. Dostlarım bütün məlumatları "vatsap”la mənə ötürürlər. Mən də həmin informasiyaları dəyərli jurnalistlərə verirəm ki, yayımlasınlar. İctimaiyyət belə məmur övladlarının xaricdə hansı işlərlə məşğul olduğunu bilməlidir. Mən bu istiqamətdə fəaliyyətimi daha da genişləndirəcəm, öz siyasi kapitalımı qardaşım İlham Əliyevə görə ömrümün axırına qədər xərcləyəcəm”.
“Heydər Əsədov istefa verməlidir” – Partiya sədrindən sərt AÇIQLAMA

Hafiz Hacıyevin sözlərinə görə, Heydər Əsədov Azərbaycana xəyanət edir: "O, qudası Ziya Məmmədovla qarşılarına ciddi məqsəd qoyublar ki, hakimiyyəti devirsinlər. Oğlunun da Londonda etdiyi harınlığın şahidi oldunuz. Gedib xaricdə emənilərlə oturub-dururlar, Azərbaycandan taladıqları pulları yaramaz işlərə xərcləyirlər. Bu şəxslərlə bağlı təcili tədbir görülməldidir”.

Partiya sədri vurğulayıb ki, nazir oğlunu ifşa etməməsi üçün bir neçə məmur ondan xahiş edib: "Dövlətin büdcəsini talayıb, xalqın pullarını Azərbaycandan kənarda ölkə başçısının əleyhinə təbliğata xərcləyənləri ifşa edirəm. Bu gün də fikrimdə qalıram ki, Ziya Məməmdovun oğlu Anar Məmmədov öz qaynı ilə birgə xaricə çox böyük işlərlə məşğuldur. Təəssüflər olsun ki, bəzi məmurlar mənə onun adını çəkməməyi xahiş edirlər. Bunlar prezidentə xəyanət edən, Azərbaycanın sərvətlərini talayıb xaricdə bir hissəsini ermənilərə, digərini eyş-işrət məclislərinə xərcləyən qudurğanlardır”.

H.Babayev
Tarix: 12-05-2017, 13:54
Xəbəri paylaş





Xəbər lenti