İrandan anti-Azərbaycan planı – ilginc ssenari de-şifrə olundu

İrandan anti-Azərbaycan planı – ilginc ssenari de-şifrə olundu Cənubdan “dindaş və qardaş” zərbəsi; O taylı-bu taylı Azərbaycan əleyhinə hazırlanan sənəd Türkiyəni də qarışdırmağı özündə ehtiva edir, güneyli fəalları gözdən salmağa yönəlik xüsusi KİV və saytların yaradılması nəzərdə tutulur; iki qardaş ölkədə etnik qarşıdurma yaratmaq istəklərinin də yer aldığı məkrli planın pərdəarxasında daha nələr var?…
Cənub qonşumuz İran növbəti prezident seçkilərinə hazırlaşır. Ancaq indiki prezident Həsən Ruhani də daxil, 6 iddiaçıdan qələbə şansının kimdə ən çox olmasına rəğmən, bir şeyş əminliklə söyləmək olar: bu seçkidən sonra da rəsmi Tehranın Güney Azərbaycana, Güney məsələsinə və güneyli soydaşlarımızın problemlərinə yanaşması dəyişməyəcək.

Səbəb barədə zaman-zaman yazmışıq. İran əfsus ki, hələ də Şimali Azərbaycanın müstəqil dövlət kimi varlığını həzm edə bilməyib. Təsadüfi deyil ki, Tehran Azərbaycan Respublikasının müstəqilliyini 8-ci sırada – hətta Rumıniyadan sonra tanıyıb. İran son ana kimi ümidli idi ki, dünyanın siyasi xəritəsində Azərbaycan adında dövlət peyda olmayacaq. Ancaq oldu. Belə bir dövlət quruldu və bununla da İranın tərkibindəki Güney Azərbaycan amil, ikiyə bölünmüş Azərbaycan problemi Tehran üçün daha çəkindirici bir status qazanmış oldu.
O vaxtdan Tehran rəsmiləri şimaldakı Azərbaycanın müstəqilliyini sözdə, formal qəbul eləsələr də, bizə “dindaş, qardaş” desələr də, altdan-altdan Azərbaycan Respublikasının müstəqilliyinin təməlini qazımağı unutmadılar, din pərdəsi altında ölkəmiz əleyhinə müxtəlif səpkili ssenarilər və təxribatlar cızıb həyata keçirməyə çalışdılar. Əvvəllər bunu kifayət qədər açıq şəkildə, sonra isə mövcud şərtləri ciddiyə alıb da, planları məxfi şəkildə həyata keçirməyə səylər elədilər. İrandan anti-Azərbaycan planı – ilginc ssenari de-şifrə olundu

Şiə İranın bu gün də Azərbaycanın ərazi bütövlüyünə qəsb eləmiş, bir milyondan çox azərbaycanlı şiəni öz yurdundan didərgin salmış, müsəlman torpaqlarında etnik təmizləmə aparmış işğalçı Ermənistanın yanında yer almasının, Türkiyə və Pakistan kimi təcavüzkara sanksiyalar tətbiq etmək əvəzinə, daima təcavüzkara nəfəs verib onun iqtisadi cəhətcə ayaqda qalmasına yardımçı olmasının tək səbəbi də budur – müstəqil Azərbaycan dövlətinin varlığı.
*****
Ancaq aydındır ki, İranla Azərbaycan qonşu dövlətlər olaraq, normal əlaqələr içində olmaq zorunda idi. O üzdən vaxtaşırı iki ölkə arasında ikitərəfli münasibətlərdə müəyyən problemlər müşahidə olunsa da, onların həlli istiqamətində lazımi addımlar da atılıb və atılır. O da sirr deyil ki, xüsusilə iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri bəzi daxili və xarici dairələrin Tehran və Bakı arasında münasibətlərini gərginləşdirmək cəhdlərinin qarşısını ala bilib.
İranla Azərbaycan arasında hazırda elə ciddi problemlər müşahidə olunmasa da, belə görünür, qonşu ölkədə müəyyən qüvvələr Azərbaycanı hədəfə götürmək cəhdlərindən heç cür əl çəkmək niyyətində deyil. Belə ki, bugünlərdə İran hakimiyyətinin əleyhinə fəaliyyət göstərən və xaricdə yerləşən bir sıra media orqanları İranın mühafizəkar dairələri tərəfindən yerli hakimiyyət orqanlarına ünvanlanmış sənədi açıqlayaraq, ölkənin azərbaycanlı əhalisinə və Azərbaycan Respublikasına qarşı yeni təxribatların həyata keçirilməsi planlarını faş ediblər. Söhbət nədən gedir? İrandan anti-Azərbaycan planı – ilginc ssenari de-şifrə olundu

Məlumata görə, İranın mühafizəkar çevrələri və SEPAH təşkilatı ölkənin şimal-qərbində “separatizm” meyllərinin gücləndiyi iddiası ilə azərbaycanlı fəalları izləyir və onları neytrallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışırlar. Azərbaycanlıların yaşadıqları əyalətlərə, xüsusilə Azərbaycanla həmsərhəd bölgələrə diqqət artırılır, ciddi təbliğat vasitəsilə fəalların gözdən salınması istiqamətində işlər təşkil olunur. İrandan anti-Azərbaycan planı – ilginc ssenari de-şifrə olundu

Zəruri sayılan tədbirlər sırasında “Azərbaycan Dil və Mədəniyyət Fondu”nun yaradılmasının sürətləndirilməsi və onun radikal islamçıların nəzarətinə verilməsi, habelə azərbaycanlılarda türk dilinə və ədəbiyyatına maraq olmadığına dair təşviqat aparılması nəzərdə tutulur. Hətta “Traktor” futbol klubunun fanatları azərbaycanlı fəallara qarşı istiqamətləndirilir. Bundan əlavə, hesab edilir ki, azərbaycanlı fəalları gözdən salmaq üçün xüsusi KİV və saytlar yaradılmalıdır.
*****
Maraqlıdır ki, plan qardaş Türkiyəyə qarşı da yönəlib. Belə ki, Azərbaycan və Türkiyədə kəşfiyyat və psixoloji əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur. Hədəf dairəsi kimi isə hər iki ölkədə milli azlıqların və etnik qrupların imkanlarından istifadə olunması, yəni separatçılığı qızışdırmaq məqbul hesab edilir.İrandan anti-Azərbaycan planı – ilginc ssenari de-şifrə olundu
Görünür, indiyədək İranın mühafizəkar dairələri tərəfindən bu ölkənin azərbaycanlı əhalisi və Azərbaycan Respublikasına qarşı sanksiyalaşdırılan tədbirlər bir elə effektli olmayıb. Çünki İran rejimi tərəfindən maliyyələşdirilən və Azərbaycan əleyhinə fəaliyyət göstərən çoxsaylı saytlar, Azərbaycanda İranın maraqlarını ifadə edən siyasi partiyalar və QHT-lərin olmasına, İran missionerlərinin Azərbaycanda ciddi dini və təxribatçı təbliğat aparmasına, həmçinin İrandakı azərbaycanlı əhalinin tam itaətdə saxlanması üçün çoxsaylı tədbirlər həyata keçirilməsinə və digər məsələlərə baxmayaraq, fars rejimi yeni və daha ağlasığmaz tədbirlər reallaşdırmaq məcburiyyətində qalıb.
*****
Bütün bunlar bir daha ona şəhadət verir ki, rəsmi Tehranın Azərbaycanla dostluq və qardaşlıq əlaqələrini inkişaf etdirmək haqda bəyanatlarına rəğmən, bu ölkənin güclü, nüfuzlu və məkrli dairələri tam əks istiqamət üzrə Azərbaycana və İranın azərbaycanlı əhalisinə qarşı təxribatçı fəaliyyətini getdikcə genişləndirmək yolunu tutub.
Halbuki bu arada İran rejimi ölkənin azsaylı erməni əhalisi üçün daha məqbul imkanların yaradılması və işğalçı Ermənistanla əlaqələrinin gücləndirilməsi yönündə addımlarını intensiv şəkildə davam etdirir. Hələ harasıdır, İran ermənilərinin azərbaycanlı əhaliyə və Azərbaycana qarşı təxribatları dəstəklənir, Ermənistanla siyasi, iqtisadi-ticarət və humanitar əlaqələr inkişaf etdirilir. İran şirkətləri nəinki Ermənistanda, hətta işğal altındakı Azərbaycan torpaqlarında sərbəst şəkildə iş, biznes qururlar.
İrandan anti-Azərbaycan planı – ilginc ssenari de-şifrə olunduQarabağ və işğal altında olan digər Azərbaycan ərazilərində məscidləri bərpa edərək Ermənistan hakimiyyətini beynəlxalq qınaqdan xilas edir və Azərbaycana qarşı iddialar irəli sürmək üçün ona əlavə imkanlar yaradır. Az öncə İran şirkətləri tərəfindən Azərbaycan dövlətinin razılığı olmadan Şuşadakı məscidin bərpa olunması da məhz eyni məkrli məqsədə xidmət edir.
*****
Son fakt və gəlişmələr bir daha cənub qonşumuzun Azərbaycan dövlətinə, Güney Azərbaycandakı əhaliyə, hətta qardaş Türkiyəyə münasibətdə dinə-İslama, dostluq-qonşuluğa sığmayan bir siyasət içində olduğuna şübhə yeri saxlamır. Təbii ki, Azərbaycan dövləti 26 il öncəki kimi zəif deyil ki, asanca belə siyasətin girovuna çevrilsin. Üstəlik, Türkiyə ilə əlaqələrimiz heç vaxt olmadığı qədər yüksək səviyyədədir ki, bu da İranın anti-Azərbaycan planların qarşı daha bir etibarlı sipər sayıla bilər.
Siyasət şöbəsi
Tarix: 13-05-2017, 06:53
Xəbəri paylaş





Xəbər lenti