ABŞ-dan Qarabağda müharibə xəbərdarlığı: reallıq, yoxsa...

ABŞ-dan Qarabağda müharibə xəbərdarlığı: reallıq, yoxsa... Hikmət Hacızadı: “Rusiya ilə Azərbaycan razılaşsa, Ermənistan isə rayonları qaytarmağa razı olmasa, müharibə olacaq”; Elçin Mirzəbəyli: “Müharibə haqqında məlumatlar insanlarda xof yaratmaq məqsədi də daşıya bilər”

Azərbaycan prezidentinin ölkənin 1-ci vitse-prezidentini təyin etməsindən sonra müzakirə olunan məsələlərdən biri vitse-prezidentlərin kimlər olacağıdır. Vitse-prezident məsələsi ilə bağlı son iki gündə bir çox suallara yol açan maraqlı proses yaşandı. Belə ki, 1-ci vitse-prezident təyinatından cəmi bir gün sonra-fevralın 22-də saytlarda 23 fevralda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasının çağırıldığı və muxtar respublikanın konstitusiyasına dəyişikliklər ediləcəyi xəbəri yayıldı.

Qarabağ cəbhəsində mövcud olan gərginliyin böyük savaş fazasına keçəcəyi barədə növbəti xəbərdarlıq ABŞ kəşfiyyatından gəlib. Ölkənin Milli Kəşfiyyat Agentliyinin dünyadakı risklər barədə hesabatında Qarabağa da yer ayrılıb. Sənəddə deyilir ki, tərəflərin kompromislərə getmək niyyətinin olmaması və ölkələr daxilində artan təzyiqlər bu il Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər (Virtualaz.org).

Qeyd edək ki, sözügedən hesabat barədə RİA Novosti agentliyi də məlumat yayıb. Sənəddə “separatçı Dağlıq Qarabağ”dan bəhs olunması Azərbaycanın milli maraqları baxımından çox önəmlidir. Məsələ ondadır ki, bir neçə gündür ABŞ Senatının Gürcüstandakı separatçılarla bağlı sərt qərar verməsi müzakirə mövzusudur və Azərbaycan ərazilərinin işğalının arxa plana keçirilməsindən dolayı narazı mövqelər səslənir. ABŞ-ın ikili standartlarından bəhs olunması fonunda Milli Kəşfiyyat Agentliyinin Konqresə təqdim etdiyi hesabatda böyük müharibənin risklərindən danşılması, üstəlik, bu təhlükəni doğuran səbəblərdən biri kimi Dağlıq Qarabağdakı separatçı rejimin göstərilməsi ciddi məsələdir.

Bəzi ekspertlər Vaşinqtonun separatçılarla bağlı qəbul etdiyi son sənədin presedentə çevriləcəyini və bunun Azərbaycana da faydalı olacağını zənn edirdilər. Hər halda Agentliyin direktoru Daniel Koutsun təqdim etdiyi hesabatda “separatçı Dağlıq Qarabağ regionuna görə gərginlik”dən bəhs olunması ümidləri artırır.


Kəşfiyyatın müharibə xəbərdarlığına gəldikdə, ilk baxışdan bu, çox real görünür. Təkcə son günlərin müşahidələri Ermənistanın Azərbaycanı savaşa çəkdiyindən xəbər verir. Torpaqların işğalına son vermək istəməyən, üstəlik, həyasızcasına digər ərazilərimizi işğalla hədələyən düşmənlə danışıqların masa ətrafında davamının perspektiv üçün faydası görünmür.




Politoloq Hikmət Hacızadə də hesab edir ki, ABŞ kəşfiyyatının xəbərdarlığının reallığı əks etdirməsi mümkündür: “Əgər Rusiya ilə Azərbaycan razılaşsa, Ermənistan isə ətraf rayonların qaytarılmasına razı olmasa, onda müharibə olacaq. Azərbaycan Ermənistanla toqquşa bilər və o zaman Rusiya savaşa qarışmayacaq”.

Amma Rusiyanın davranışları, Azərbaycana yönəlik təhdidləri, separatçılara meydan verməsi Bakı ilə razılaşmadan xəbər vermir. H.Hacəzadə hesab edir ki, pərdə arxasında situasiya başqa cür də ola bilər: “Hər şey məxfiləşdirilib. Danışıqlar gizli gedir. Ola bilər ki, əslində Bakı ilə Moskva arasında göründüyü qədər gərginlik olmasın”.



Yayılan digər məlumatlar da Tramp administrasiyasının Qarabağdakı gərginliyə heç də biganə olmadığı təsəvvürünü yaradır. Deməli, ABŞ kəşfiyyat Agentliyinin savaş xəbərdarlığı əbəs deyil.


“Rusiya xarici işlər naziri Sergey Lavrovla Vaşinqtonda görüş Moskvaya özünü yaxşı apardığına görə verilən mükafat deyil, əksinə, Yaxın Şərq, Koreya yarımadasındakı böhranlar və Ukrayna, həmçinin Qarabağda olan toqquşmalardan doğan zərurətdir”. Bu fikirlər isə “National İnterest” qəzetinin redaktoru Nikolas Qvozdevin məqaləsində yer alıb (Axar.az). Qvozdev görüşün səbəblərinə diqqəti yönəltmək əvəzinə ABŞ siyasi elitasının Trampın Kremlin oyuncağı olması və Trampın Rusiyanı XİN rəhbərinin səfəri ilə mükaflandırması məsələlərini müzakirə etdiyini vurğulayıb: “Son həftələr ərzində Putin Almaniya kansleri Angela Merkel, Yaponiya Baş naziri Sindzo Abe, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla vacib görüşlər keçirir. Üstəlik, Rusiya rəhbərliyi ilə Suriyada təhlükəsiz zonaların yaradılması planı reallaşdırılmağa başlanıb. Həmçinin Cənubi Koreyada yeni prezident seçilib və mümkündür ki, Seul Moskvaya Pxenyanla probleminin həlli üçün müraciət etsin. Ukraynada isə situasiya qeyri-stabil qalmaqda davam edir, eləcə də Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında daha bir gərginlik perspektivi var”.




Politoloq Elçin Mirzəbəylinin isə məsələyə fərqli baxışı var: “Azərbaycan mətbuatında ABŞ kəşfiyyatının müharibə ”xəbərdarlığı" ilə bağlı məlumatlar tez-tez yer alır. Öncə onu qeyd edim ki, əgər bütün bunlar həqiqətən də ABŞ kəşfiyyatının məlumatlarıdırsa, o zaman Azərbaycan mətbuatının və yaxud hər hansı bir ölkənin KİV-nin bu məlumatlardan xəbər tutması mümkün deyil. Belə məlumatlar adətən ictimai rəyin öyrənilməsi, yaxud yönləndirilməsi məqsədilə açıqlanır. Kəşfiyyata istinadən açıqlanan və təkzib olunmayan məlumatlar əksər hallarda dezinformasiya xarakterli olur və konkret tərəfin maraqlarını ifadə edir. Bu baxımdan da məlumatın ABŞ kəşfiyyatı tərəfindən açıqlandığı inandırıcı deyil".


Ekspertin sözlərinə görə, belə məlumatların açıqlanması düşmən tərəfin, yaxud bölgədə maraqları olan digər güclərin də marağında ola bilər: “Hazırda Bakıda mühüm beynəlxalq tədbir keçirilir. Müharibə haqqında məlumatlar insanlarda xof yaratmaq məqsədi də daşıya bilər. Qarabağda müharibə ehtimalına gəldikdə isə bu hər zaman var. Nə qədər ki, işğala son qoyulmayıb, müharibə təhlükəsi hər zaman olacaq. Bunun üçün ABŞ kəşfiyyatına istinad etməyə ehtiyac yoxdur”.


E.PAŞASOY
Tarix: 13-05-2017, 08:42
Xəbəri paylaş





Xəbər lenti