Meksikanın Azərbaycandakı səfiri: “Qarabağ işğal olunmuş bölgədir”
Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Milli Fikir Mərkəzinin ofisində azərbaycanlı gənclər üçün seminar keçirib.Virtualaz.org “Etatist” portalına istinadən xəbər verir ki, səfir gənclərə ölkəsinin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə geniş məlumat verib. Azərbaycanla Meksika arasında iqtisadi münasibətlərdən danışan R.Labardini bildirib: “2014-cü il statistikasına görə, Azərbaycan və Meksika arasındakı ticarətin həcmi 7 milyon dollardan çox olub. Amma 2016-cı ildə iki ölkə arasındakı ticarət həcmi artaraq 21 milyon dollara çatıb".
Gəncləri maraqlandıran sualları cavablandırmış səfir Qarabağ münaqişəsinə toxunaraq deyib: “Qarabağın münaqişəli bölgə olduğu qeyd edilir. Qarabağ işğal olunmuş bölgədir, onu işğal edənlərin deyil... Əlbəttə ki, biz Azərbaycan dövlətinin beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərini tanıyırıq, hörmət edirik. Tezliklə bu münaqişənin sonlanmasını arzu edirik. Biz həmçinin Xocalı soyqrımını tanıyan ilk ölkələrdən biriyik”.
Tarix: 17-05-2017, 08:03