XANIM DEPUTATDAN MÜKƏMMƏL VƏ CƏSARƏTLİ AÇIQLAMA – OXUYUN!

XANIM DEPUTATDAN MÜKƏMMƏL VƏ CƏSARƏTLİ AÇIQLAMA – OXUYUN! Ziyalılar niyə efirdə görünmür? Gənclər niyə təhsilsizləşir? Niyə rayonlarda cavan nəsil türk, Bakıda isə rus kanalları ilə yetişir? Niyə 1918-20 -ci illərlə bağlı filmlər, seriallar çəkilmir?

“Ziyalılar hərdən telekanallarda elə maraqsız danışırlar ki, adam qulaq asmaq istəmir”.
Ziyalıların və elm adamlarının televiziyalarda çox az görünməsindən danışarkən nasir, tərcüməçi, millət vəkili Elmira Axundova deyib. O bildirib ki, ziyalılar gərək, maraqlı danışsınlar ki, cəmiyyətin diqqətini cəlb edə bilsinlər:

“Ziyalı da var, ziyalı da var. Anar, Elçin kimi ziyalılarımız nədən danışırsa, danışsın, söhbətləri maraqlıdır. Amma elə ziyalı da var nə olsun ki, ziyalıdır, çox üzücü stereotiplərlə danışır. Televiziyalarımızda ziyalıları dəvət edəcək maraqlı verilişlər də yoxdur. Açıq söhbətlər olmalıdır. Şəxsi həyatdan da danışmalıdırlar. Digər şəxsi maraqları da xalqa çatdırmalıdırlar. İndi belə ürəkaçan verilişlər yoxdur. Ziyalılarımızın həyat tərzindən bəhs edən “İşdən sonra”verilişi çox maraqlı olurdı. Hərdən televiziyalarımızda belə verilişlər olurdu, indi onlar da bağlanıb. Siyasi verilişlər çox azdır. Əslində yəqin ki, bu ictimai mühitdən də asılıdır. İctimai mühit açıq olsa, daha azad olsa, bəlkə maraqlı proqramlar da yaradıla bilər. İndi müharibə şəraitindəyik. Hər şeyi demək olmur. Kütləvi İnformasiya Vasitələri və televiziya üzərində də nəzarət güclənib. Bu, yaxşı haldır. Rusiya kanallarına baxıram, onlar bir-birlərini az qala qırırlar. Ukraynadan gələnlər siyasi verilişlərdə rusları söyür, ruslar da onları. Ziyalılar, yazıçılar, siyasətçilər yığışır, bir-biri ilə kobud danışır, bir-birlərinin üstünə cumub, qışqırırlar. Bu nəyə lazımdır? Amma belə verilişlər çox auditoriya toplayır. 90-cı illərdə Azərbaycanda da belə verilişlər var idi. Ziyalılarımızı çox pis imicdə təqdim edirdilər. İstəməzdim ki, bu qədər olsun”.
Ölkəmizdə daha maraqlı insanların olduğunu diqqətə çatdıran E.Axundovanın sözlərinə görə, alimlər, bəstəkarlar, publisistlər ekranlarda daha tez-tez görünməlidirlər:
“İctimai Televiziyada belə tip verilişləri hazırlayırlar. Məni də qonaq qismində çağırırlar. İstəyərdim ki, digər televiziyalar da bizləri dəvət etsinlər. Amma verilişin formatı maraqlı olmalıdır. Məsələn, mən keçən dəfə Xəzər Televiziyasında gənclərin proqramına qatıldım. Verilişin formatına görə təxmini 10 nəfər gənc sual verir, mən isə öz gəncliyimdən danışır, onlara önəmli tövsiyələr verirdim. Hazırda yaşlı və gənc nəsil bir-birindən nə ilə fərqlənir?, gəncliyimizdə nə çatışmır? vəs kimi suallar ətrafında maraqlı diskussiya alındı. Daha sonra televiziya təklif etdi ki, sizi başqa verilişlərə də dəvət etmək istəyirik.
Aparıcılara və redaktorlara demişəm, bizi çağıranda gərək format da maraqlı olsun. İctimai faydalı elə verilişlər olsun ki, adam ona getmək istəsin. Yoxsa gedim, hansı mövzu oldu, danışım ki, televiziyada görünüm, bu nəyə lazımdır?”
Verilişlərdə şou insanları da iştirak etməlidir, ziyalılar da. Şou nümayəndələrinin heç də hamısı dərin təfəkkürlü, dərin ictimai şüuru olan insanlar deyil. Onlar öz sənətlərindən danışa bilərlər. Amma nə qədər buna qulaq asasan? Şəxsən mənim üçün onların söhbətləri maraqsızdır”.
E.Axundova onu da diqqətə çatdırıb ki, Azərbaycanda 1500-2000, bəlkə də çox yazıçı var. Amma onlar televiziyalarda görünmür:
“Telekanallarda siyasi-ictimai verilişlərə qayıtmaq lazımdır. Ona görə də bizdə intiharlar, kütləvi savadsızlıq, təhsilsizlik çoxalıb. 92 nəfər şagird aşkar olundu ki, məktəbi bitirir, amma nə yaza bilir, nə də oxuya bilir. Bu, böyük problemdir. Bütün cəmiyyətdəki faydalı müzakirələri də ziyalılar aparmalıdır, maraqlı olmaq şərti ilə. Məsələn, elə həmin şagirdləri bir yerə yığsınlar, sual versinlər ki, niyə oxumaq istəmirsən, niyə yaza bilmirsən, kitab oxumursan?
ANS telekanalı belə verilişləri vaxtilə hazırlayırdı. İndi o da bağlanıb. Ortada isə tam maraqsız verilişlər qalıb. Kabel televiziyaları AZTV-ni və bütün kanalları üstələyib. Azərbaycan kanalları öz auditoriyasını böyük sürətlə itirir. Rayonlarda cavan nəsil türk kanalları ilə, Bakıda isə gənclər rus kanalları ilə yetişib. Bəs milli dəyərlərimizi bu cavanlar haradan öyrənir? Bu böyük problemdir. Televiziya rəhbərləri bunu ciddi fikirləşməlidir. Hələ ki, inkişaf görmürəm”.
“Ölkə başçısının serialların çəkilməsi üçün vəsait ayırdığını deyən xanım millət vəkili qeyd edib ki, bir nümunə deyə bilərsinizmi, məsələn, serialda hərbi tematika olsun, ya da bizim tariximizdən motivlər əks olunsun? Hanı o seriallar? Amma Rusiya kanallarını açın, nə qədər maraqlı seriallar verilir. Mən də onlara baxıram, çünki tarix var:
” Məsələn, indi “Vlatik” serialı verilir, Stalinin köməkçisindən bəhs edir. Tariximdə Mircəfər Bağırovun dövrü çox maraqlı idi. Onu da seriala çəkə bilərdik. Bir rəhbər köməkçisinin taleyində həmin dövrü göstərərdik. Şahlar, xanlar, xanlıq uğrunda mübarizə, istiqlalımız, 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü var. Niyə filmlər, seriallar çəkilmir. Biz çox geridəyik, bu məni məyus edir”.
Sherg.az
Tarix: 18-05-2017, 22:15
Xəbəri paylaş





Xəbər lenti