Növbəti vitse-prezident təyinatı 2018 seçkisinə qaldı, nazirlər gedir - Şok gəlişmə

Növbəti vitse-prezident təyinatı 2018 seçkisinə qaldı, nazirlər gedir - Şok gəlişmə Azərbaycanda növbəti vitse-prezidentin təyinatı hələ ki reallaşmayıb

Ulus.Az xəbər verir ki, prezidentin səlahiyyətində olan bu məsələnin gündəmdən çıxdığı göz qabağındadır.


Əldə etdiyimiz xəbərlərə görə, 2018-ci ilə qədər vitse-prezident təyinatı gözlənilmir. Ona görə də bu məsələdə hakimiyyətin siyasi gündəmindən çıxarılıb.

I vitse-prezident Mehriban Əliyeva öz ətrafında köhnə qvardiya ilə əlaqəli olmayan gənclərdən ibarət komanda yığır.

Bu komandada veteranlara rast gəlmək mümkün deyil. Hakimiyyətin cavanlaşdırılması siyasətində mühüm gedişat olan bu təyinat göstərir ki, M.Əliyeva qocalarla işləmək istəmir.

Artıq hakimiyyətdə gənclərin irəli çəkilməsi politikası prioritet məsələyə çevrilib. Ona görə də Anar Ələkbərovun yeni vəzifəyə təyinatını müsbət qiymətləndirmək olar.

Ən azından onun adı nə korrupsiyada, nə offşor zonalara kapital köçürməkdə, nə başqa xoşagəlməz işlərdə hallanıb.

2018-də keçiriləcək prezident seçkilərindən sonra növbəti vitse-prezidentlərin təyinatı baş tuta bilər.

Anar Ələkbərov uzun illərdir Heydər Əliyev Fondunda işləyir və iqtidardakı mənbələrin dediyinə görə, üzərinə düşən vəzifəni keyfiyyətlə yerinə yetirir, işində hər kiçik detala da diqqət yetirir.

Bir sözlə yaxşı menecerdir. İdarəetmə sisteminə də məhz yaxşı menecerlər lazımdır ki, islahatlar sürətlənsin, mövcud problemlər qısa zamanda həll olunsun.

Eyni zamanda hakimiyyətin islahatlar paketində köhnə kadrların vurulması nəzərdə tutulur. İqtidarın gəncləşməsi və refreş olunması prosesi getməkdədir.

İqtidarı siyasi reformalara getməyə vadar edən səbəblər də məhz ənənəvi idarəçiliyin doğurduğu fəsadlardan irəli gəlir.

Hakimiyyət ölkəni və iqtisadiyyatı, xalqı və məmurları əvvəlki kimi idarə etmək istəmir: neft tükənib, hökumət “ağ qızıl”dan, baramaçılıqdan, turizmdən danışır, pambıq müşavirələri keçirilir.

Paralel olaraq qanunlar dəyişdirilir, deputatları mandatdan məhrum edən etik qaydalar təsdiqlənir, vətəndaşı təhqirə görə məmurlara cəzalar sərtləşdirilir.

Ən nəhayət, sonuncu layihə - Prezidentin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi çıxarılır və Birinci vitse-prezidentin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ilə əvəzlənir

Siam.az
Tarix: 19-05-2017, 09:18
Xəbəri paylaş





Xəbər lenti