Nağıllar hökuməti

Nağıllar hökuməti Hara baxırsan tenderlərin keçirilməsi ilə bağlı elanlar verilir. Şirkətlərin, bankların işçi axtarması ilə bağlı məlumatlar dərc olunur. Hәtta bәzәn iş elanları o qәdәr çox olur ki, insan şübhәyә düşür ki, bәs deyirdilәr ölkәdә böhrandır?! Mәqsәd heç şübhәsiz ki, inkişaf görüntüsü yaratmaqdır.Bir zamanlar şәhәrin mәrkәzindә olan binaların yalnız üzünü bәzәmәklә yaratdıqları “inkişaf” görüntüsünü indi dә süni iş elanları vermәklә yaratmaq istәyirlәr.

Etsinlәr! Amma hamının sosial şәbәkә profillәrini az qala sayt kimi işlәtdiyi bir dövrdә bu yalanlarla kimi aldatmaq olar? Ölkədə yüz minlərlə işsiz var. İşsizlikdәn әziyyәt çәkәn insanlar o “iş yerlәrini” tapa bilmir axı. Onlar aylarla gәzib-dolanıb iş tapmayanda, reallığın nədən ibarət olduğunu görür axı.

Azərbaycan vətəndaş yaratdığınız çeşidli problemləri hər gün öz həyatında yaşayırsa, o zman, kimin üçündür bu nağıllar? Bir ildә intihar edәn 500 nәfәr o zaman hansısa Afrika ölkәsinin vәtәndaşı olub. Hansı inkişaf görüntüsündәn danışırsınız ki, bu ilin aprel ayından may ayına, yәni bir ay әrzindә bank sektorundan 350 nәfәr ixtisar edilib? Bütünlükdә isә bu ilin 3 ayında tәkcә bank sektorunu 653 nәfәr tәrk edib.

2015-ci ildən bəri ölkədə 13 bank ləğv edilib. Hazırda ölkədə yalnız 32 bank fəaliyyət göstərir. 2016-cı ilin üçüncü rübündə 6 min 500 bank işçisi işini itirib. İxtisarlar, azalmalar tәkcә bank sektorunda deyil. Hәrçәnd ki, bank sistemi ölkә inkişafının tәmәl prinsiplәrindәndir. Yalnız oradakı mәnzәrә ilә ölkәdәki vәziyyәti izah etmәk kifayәt edir. Xalqımız bütün çәtinliklәrә baxmayaraq özünü, ailәsini saxlamaq üçün bütün mümkün imkanlardan istifadә edirdi.

Gömrükdәki soyğunçuluğa baxmayaraq xeyli insan maşın alveri ilә ailәsini dolandırırdı. Amma di gәl ki, 2014-ci illə müqayisədə Gürcüstandan maşın gətirilməsi 30 dəfə azalıb. 30 faiz yox, düz 30 dәfә. Çünki alıcılılıq qabiliyyәti düşüb aşağı. Vәtәndaşlar talanıb-talanıb, yalnız öz gündәlik ehtiyaclarını necә ödәmәlәri haqqında düşünürlәr. Ya bәlkә Socarda işçilәri “ya әmәk haqqınızın aşağı salınmasına razı olacaqsınız, ya da işinizi itirәcәksiniz” seçimi qarşısında qoymaqdır inkişaf görüntüsü?Maaşlarln aşağı salınması nә az, nә çox 30-40 faiz işçini әhatә edir.

İlham Әliyevin dediyi “bu ilin ilk 3 ayında 85 min iş yeri açılıb” fikri dә inkişaf görüntüsü yaratmaq xarakterlidir. Әslindә uzun illәr “bir milyon iş yeri açılıb” fikri ilә hökumәtin mәqsәdi әsl inkişaf yox, sadәcә onun görüntüsünü yaratmaq olub. Mәqsәd o görüntü altında ölkәni talamaq olub. Onun sәrvәtlәrini bir әldә cәmlәyib ofşor zonalara daşımaq olub. Mәqsәd öz hakimiyyәtini qorumaq üçün xalqın sәrvәtini havadarlarlna peşkeş çәkmәk olub. Neft pullarının ölkәyә sel kimi axdığı vaxtlarda, indikindәn iraq, ölkәdә “tikinti sektoru” deyilәn bir şey var idi. Özlәrinә otellәr, yeni-yeni binalar tikdirirdilәr.

Xalqın pulu ilә özlәrinә mülklәr, obyektlәr tikirdilәr, әvәzindә bir xeyli insana işçi kimi maaş verirdilәr. İndi neft pulları kәsilib, yaradılan o inkişaf görüntüsü dә puç olub. Tәkcә tikinti sahәsindә çalışan minlәrlә insan işsiz qalıb. Bir az dәrindәn düşünәndә görürük ki, nәinki inkişafın özünü, heç görüntüsünü dә yarada bilmәyiblәr. İnsan ac olanda nә idman yarışlarını izlәmәkdәn, nә dә alov qüllәlәrinә tamaşa etmәkdәn zövq alır. Çünki onlar qarın doyurmur, uşaqların problemini hәll etmir. Amma o yarışlara, binalara ayrılan milyardlar şübhәsiz ki, problemlәri hәll edәrdi. Әgәr vaxtında xalq öz sәsini qorusaydı. Amma yenә dә gec deyil…

Aqil
Tarix: 19-05-2017, 16:41
Xəbəri paylaş





Xəbər lenti