Rövnəq Abdullayevin oliqarx deputatını seçiciləri heç tanımır: “Görüşüb ki...” - Video

Rövnəq Abdullayevin oliqarx deputatını seçiciləri heç tanımır: “Görüşüb ki...” - Video 43 saylı Sumqayıt seçki dairəsindən deputat olan Muxtar Babayevi tanımırlar

Bunu keçirilən video sorğu sübut edir. Ulus.Az-ın məlumatına görə, sorğu iştirakçılarının əksəriyyəti Sumqayıtın deputatını tanımır.

Onların sözlərinə görə, nə üzünü görüblər, nə görüşündə olublar: “Heç o deputat gəlib, görüşüb ki tanıyaq? Bir dəfə gəlib maraqlanmayıb ki, seçicilərin nə dərdi-səri var.

Özü-özünə sual vermir ki, mən kiməm nəçiyəm. Deputatın işi seçicilərlə görüşmək və problemlərini lazımi orqanlara çatdırmaqdır”.

Sorğuda iştirak edən bəzi sakinlər isə ondan razılıq edib. Muxtar Babayev ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədridir. Onun parlamentdə də çıxışına rast gəlmək olmur.

Buna baxmayaraq o da bir çox deputat kimi sanki ağzına su alıb, danışmır. Belə ki, onun da Milli Məclisdə hər hansı bir məsələyə münasibət bildirdiyini, hansısa təkliflərlə çıxış etdiyini bu 5 il ərzində görə bilmədik.

Muxtar Babayev MM-nin iclaslarında yalnız 1 dəfə, “Dəniz limanları haqqında Qanun”un müzakirəsi zamanı danışıb. Onun özü isə vaxtilə açıqlamasında “nə üçün parlamentdə çıxış etmirsiniz” sualına cavabında bunu yeni seçilməsilə əlaqələndirmişdi. Yəni bəhanəsi yeni seçilməsidir. Amma artıq o yenilikdən neçə il keçib.

Muxtar Babayevi seçiciləri Sumqayıtda tapa bilməsələr də, Tofiq Bəhramov adına stadionda tez-tez görə bilərlər.

Belə ki, futbol azarkeşi olan M.Babayev xalqın arasında deyil, “ağ adamlar” üçün nəzərdə tutulan “Skybox”da oyunları seyr etməyi sevir. Onu SOCAR prezidenti Rövnəq Abdullayevin adamı kimi tanıyırlar.

Sumqayıtlı seçicilər millət vəkili Muxtar Babayevin biganəliyindən gileylidir. Onların sözlərinə görə, seçkidən seçkiyə vətəndaşları yada salan deputat parlamentdə hər zaman passivliyi ilə diqqət çəkir.

M.Babayev Milli Məclisdə istisna hallara çıxış edir. Seçicilərin dediyinə görə, deputata dəfələrlə müxtəlif problemlər barədə müraciətlər ünvanlanıb. Sumqayıtı narahat edən məsələlərin parlamentdə qaldırılması xahiş olunub. Amma heç bir tədbir görülməyib.

Məlumata görə M.Babayev istehsalat birliyinin ərazisini qanunsuz şəkildə "Baku Steel Company” MMC-yə icarəyə verib. Qurumda baş verən struktur dəyişikliyindən sonra bəzi zavodlar fəaliyyətini dayandırıb.

Bundan başqa, "Azərikimya”nın balansında qalan bəzi torpaq sahələrində isə özbaşına işlər görülür. Xatırladaq ki, prezident deputata irad bildirmişdi.

Ölkə başçısı "Kimyaçılar Evi”nin inşası barədə Rövnəq Abdullayevə və Muxtar Babayevə verdiyi tapşırığın hələ də yerinə yetirilmədiyini bildirib.
Tarix: 10-06-2017, 03:29
Xəbəri paylaş





Xəbər lenti