FETÖ-nün Azərbaycanı işğal plan ı- ABŞ TERRORÇULARDAN “TROYA ATI” KİMİ İSTİFADƏ EDİB

FETÖ-nün Azərbaycanı işğal plan ı- ABŞ TERRORÇULARDAN “TROYA ATI” KİMİ İSTİFADƏ EDİB Orta Asiyada hakimiyyəti ələ keçirmək istəyən Amerika Birləşmiş Ştatları (ABŞ) Fətullahçı Terror Təşkilatından (FETÖ) “Troya atı” kimi istifadə edərək NATO-nun da dəstəklədiyi “Polis təhsili” layihəsi əsasında 7 ölkənin milli təhlükəsizlik sisteminə sızıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyəni xarici güclərin dəstəyi ilə addım-addım işğal edərək ələ keçirməyə çalışan Fətullahçı Terror Təşkilatının Orta Asiyada və Afrikada necə formalaşması zaman keçdikcə ortaya çıxır.
Belə ki, İstanbul Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı FETÖ-nün xaricdə təşkilatlanması ilə bağlı şok məlumatlar əldə edilib. 2008-ci ildə FETÖ Terror Təşkilatının xaricdə göstərdiyi lobbi fəaliyyəti nəticəsində Əfqanıstanı peyk dövlət olaraq seçdiyi məlum olub.
FETÖ Terror Təşkilatı Əfqanıstanın idarəçiliyini ələ keçirmək üçün ölkədə 2 məktəb açıb. Daha sonra Əfqanıstanda FETÖ məktəblərinin sayı 15-ə çatdırıb. Bundan sonra FETÖ Əfqanıstanda Orta Asiya ölkələri üçün mütəxəssislərin hazırlığına başlayıb. Məhz Əfqanıstanda hazırlanan mütəxəssislər daha sonra Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Azərbaycanda təşkilat adına fəaliyyət göstərməyə başlayıblar.
Qeyd edək ki, bu plan soyuq müharibə dövründə Orta Asiya ölkələrinə girə bilməyən ABŞ-a aiddir. Vaşinqton tərəfindən “Troya atı” olaraq irəli sürülən bu layihə sahəsində FETÖ Orta Asiya ölkələrinin təhlükəsizlik təşkilatlarına sızma planı çərçivəsində xüsusi bir qrup formalaşdırıb.
Bu qrup, NATO-nun “Polis təhsili” layihəsi çərçivəsində 2011-ci ildə Əfqan Milli Polis Təşkilatının 100 əməkdaşı təhsil almaları üçün Türkiyənin Sivas Polis Peşə Yüksək Məktəbinə göndərilib. Sözügedən məktəbə göndərilən əfqan polislərinin böyük hissəsi FETÖ tərəfindən seçilib. Onlar burada yüksək səviyyədə yetişdiriliblər, əfqan polislərinin bütün xərclərini isə ABŞ qarşılayıb.
Təşkilat eyni zamanda Əfqanıstanın Məzari-Şərif və Şibirgan, Qırğızıstanın Narin bölgələrində əfqan, özbək və qırğız polislərinə qruplar halında xüsusi təhsil verib. Onlar bir FETÖ-çu olaraq yetişdiriliblər. Terror təşkilatı Özbəkistan, Qazaxıstan, Tacikistan ilə yanaşı, Azərbaycanda da təhlükəsizlik orqanlarının içinə belə girdi. Ankara Baş Prokurorun vəkili Durdu Özerin hazırladığı iddianamədə qeyd edilir ki, ABŞ-ın Orta Asiya ölkələrində FETÖ məktəblərini qurmaqda əsas məqsədi Rusiyanı əhatəyə almaqdır.

dia.az: Bu günlərdə FETÖ-nun Azərbaycandakı əsas dayaqları ilə bağlı araşdırma materialı təqdim edəcəyik. Bu əsnada siyasət meydanının çox ünlü isimlərinin də yer aldığı şok siyahı da açıqlanacaq. Bəri başdan bir məsələni də anons edirik: Açıqlanan siyahıda vəzifə başında olmuş məmurlarımızla müxalifət qüvvələrinin ümumi FETÖ maraqları tam çılpaqlığı ilə ortaya çıxmış olacaq.
Bizi izləyin...
Tarix: 12-06-2017, 14:21
Xəbəri paylaş





Xəbər lenti