KXCP Təhsil və Səhiyyə Nazirliyindən izahat tələb edir

KXCP Təhsil və Səhiyyə Nazirliyindən izahat tələb edir İyunun 12-də Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilib

Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

İdarə Heyətinin yığıncağında, son günlər az yaşlı uşaqların kütləvi zəhərlənməsi; 2017-ci ilin iyun ayı üçün sosial pensiyaların və təqaüdlərin gecikdirilməsi; büdcə təşkilatlarının maaşlarından qeyri - qanuni ödəmələr tələb edilməsi; müəllimlərin və həkimlərin iməciliklərə aparılması və təmir - tikinti işlərinə qeyri – qanuni məcburi ödəmələrə cəlb edilməsi və təşkilati məsələlər müzakirə edilib.

KXCP rəsmi dövlət orqanlarının kütləvi zəhərlənmə ilə bağlı bir – birinə zidd informasiyalar verməsini pisləyir, hakimiyyətdən su anbarlarının, içməli su hövzələrinin qorunmasının gücləndirilməsini tələb edir.

KXCP hakimiyyətdən sosial pensiyaların və təqaüdlərin gecikdirilməsi və islam oyunlarına görə büdcə təşkilatlarından qeyri – qanuni ödəmələr tələb edilməsi faktlarını araşdırmağı və günahkarların dərhal cəzalandırılmasını, ictimaiyyətə ətraflı məlumat verilməsini Azərbaycan hakimiyyətindən tələb edir.

KXCP müəllimlərin və həkimlərin iməciliklərə aparılması və təmir - tikinti işlərinə qeyri – qanuni məcburi ödəmələrlə cəlb edilməsinə görə Təhsil Nazirliyindən və Səhiyyə Nazirliyindən izahat tələb edir.

KXCP İdarə Heyəti təşkilati məsələlər müzakirə edib, müzakirənin nəticəsi olaraq uyğun qərarlar qəbul olunub.

Siam.az
Tarix: 13-06-2017, 03:42
Xəbəri paylaş





Xəbər lenti