Xalqına xor baxan "bədbaxt"

Xalqına xor baxan "bədbaxt" Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev ölkəmizi növbəti dəfə təhqir edib. O, özünün Feysbuk səhifəsində Azərbaycanı “Avropanın bədbaxt ölkəsi” adlandırıb. Həmçinin Azərbaycanı işğalçı Ermənistanla müqayisə edən Rəsul Quliyev ermənilərin azərbaycanlılardan daha yaxşı yaşadığına və hüquqlarını bildiyinə də diqqət çəkib.

Azərbaycan KİV-lərinin açıqlama və müsahibə almaqdan imtina etdiyi və vaxtilə xalqın milyonlarla dollar dəyərində pulunu oğurlayıb Amerikaya qaçan eks-spiker bu dəfə də Azərbaycanı sevmədiyini və elə buna görə ona xəyanət etdiyini açıq şəkildə nümayiş etdirdi. Rəsul Quliyevin jarqonu və dili olduqca kobud və qüsurludur. Bura həm onun fiziki danışığı, həm də içindəki xislətindən irəli gələn fikirləri aiddir. Vaxtilə Azərbaycan parlamentinin başında oturmuş bu şəxsin 5-10 cümləlik statusunda yüzlərlə qrammatik səhvi də diqqətdən yayınmır. Tez-tez rus dilində olan ifadələrdən istifadə edən Quliyev həmin sözlərin Azərbaycan dilində olan alternativlərini də bilmədiyini savadsızca etiraf edir. Heç Azərbaycan dilində olan ifadələri də doğru yazmır. Məsələn, yazır ki, Azərbaycan Avropanın ən bədbaxt ölkəsidir. Ola bilsin ki, Rəsul Quliyev ya bu sözün “bədbəxt” olduğunu bilmir, ya da uzun illərdir qaçıb gizləndiyi, heç sıravi amerikalı qonşularının belə tanımadığı Amerikada “ə” hərfini yadından çıxarıb. Rəsul Quliyev həmçinin yazır: “Bir tikə çörəyə şükür edən azərbaycanlı qardaşlarım, bu yazdığım absolyut həqiqətdir”. Əlbəttə, hər şey aydındır.

“100 layklıq prezident”

Rəsul Quliyev son zamanlarda belə qeyri-adi fikirləri, sınıq-salxaq cümlələri ilə tez-tez Elza Seyidcahandan sonra gündəmə gələn ikinci adamdır, şəxsdir. Son günlərdə isə birincidir. Dediyi hər sözün qafiyəsinə fikir verən Rəsul Quliyevin heç bir cümləsi məntiqə əsaslanmır. Adam gündəmə gəlmək, özünü göstərmək üçün əlindən gələni, gəlməyəni edir. Əlbəttə, yaşlandıqca unudulan və heç zaman xoş xatirələrlə xatırlanmayan bu yaşlı, ağsaçlı adamı başa düşmək o qədər də çətin deyil. Nəzərə alsaq ki, gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək və Rəsul Quliyevin də bu seçkilərdə iştirak edəcəyi deyilir, bu baxımdan düşünmək olar ki, o, gündəmə gəlməklə özünə xal qazanmağa çalışır. Amma paylaşdığı statusa gələn “bəyənmə”lərin sayı 100-ü güc-bəla ilə keçir. Bunun da əksəriyyəti partiyasının maraqlarını təbliğ edən saxta profillər, qohum-əqrəbaları və sairdir.

Amerikanın qulağının dibində

Heç bir güc Rəsul Quliyevi yenidən siyasət meydanında dirildə bilməz. Əgər Rəsul Quliyev maraqlı şəxs olsaydı, elə yaşadığı Amerika - o Amerika ki, Azərbaycanda və bu ölkənin yerləşdiyi regionda maraqları var- həmin Amerika Rəsul Quliyevdən siyasi fiqur düzəldib siyasətə qoşardı. İndiyədək bunu etməyib, çünki mümkün deyil. Rəsul Quliyevdən siyasətçi olmaz, onun nəzərində hər şey dollarla ölçülür. Siyasətçini kimlərsə hazırlayıb cəmiyyətə təqdim edə bilsəydi, yaxud siyasətçi olmayandan siyasətçi düzətmək mümkün olsaydı, bütün xarici güclərin ortqa projekti olan Əli Kərimlidən indiyə çoxdan siyasətçi düzəldib qurtarmışdılar...

Əlbəttə, siyasi iddia ilə gündəmə gəlib və Amerikada yaşayıb Amerikanın diqqətini cəlb etməmək özünü “siyasətçi” adlandıran bir şəxs üçün böyük ayıbdır. Əgər Amerika qulağının dibindəki Rəsul Quliyevi görmürsə, Azərbaycan okeanın bu tayından o tayını necə görsün? Rəsul Quliyevin özü də yalnız Amerikanın dollarını sevir, elə onun Azərbaycandan didərgin düşməsinə də səbəb dollar sevdasıdır. Vaxtilə 3 milyon dolları götürüb qaçmasaydı, indi Azərbaycandan didərgin düşməzdi.

Ümumiyyətlə, maraqlıdır, nə Azərbaycan hakimiyyəti, nə müxalifəti, nə də cəmiyyəti tərəfindən qəbul edilməyən adam, necə ola bilər ki, danışanda ağzına çullu dovşanı sığdıra bilər?

Mənsur
Tarix: 13-06-2017, 21:21
Xəbəri paylaş





Xəbər lenti