"Anadolu News Agency"
Rusiya 2018-ci ilin prezident seçkilərinə hazırlaşır.
Məlum olduğu kimi, seçkilər – yalnız xalqın iradəsi əsasında hakimiyyət orqanlarının yenilənməsi vasitəsi yox, həm də ayrıca götürülən bir ölkədə əcnəbi dövlətlər və güc üçün duruma istinadən manipulyasiya etmək fürsətidir. Bəzən hətta supergüclər də özlərini müdaxilədən yayındıra bilmir. Bu mənada ABŞ-dakı son seçkilərdə Donald Trampın qələbəsi ətrafında qızğın siyasi müzakirələri xatırlamaq kifayətdir.
2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərinin də bu cür müzakirələr doğuracağı gözlənilir. Məsələn, bu gün müxalifət lideri Aleksey Navalnını "ABŞ kuklası" olmaqda ittiham edirlər. Bu iddia, bəlkə də Navalnı ilə yaxından tanış olmayan hər kəsi çaşdıra bilər.
Aleksey Navalnı son dövrdə Rusiya müxalifətinin ən mübahisəli fiqurudur. Onun adı 2011-2013-cü illərin uğursuz "Rusiya baharı" ilə bağlı qeyd olunur.
Bolotnaya meydanında etiraz aksiyalarında iştirak etmiş müxalifətin bir hissəsi bu nümayişlərdən sonra xəstəxanalıq oldu.
Navalnı 2011-2013-cü illərdə Rusiyada baş vermiş etirazların mərkəzi simalarından biridir.Bolotnaya meydanında mitinqlərdən bir müddət sonra Moskvada Xalq Azadlıq Partiyasının (PARNAS) lideri Boris Nemtsov öldürüldü. Nemtsovun ölümünün ardınca onun partiyası iqtidaryönlü millətçi hərəkatların səylərilə əhali arasında əvvəlki dəstəyini itirdi.
Sonra sosial şəbəkələrdə müxalifətin, PARNAS-ın yeni lideri Mixail Kasyanovun şəxsi həyatı ilə bağlı bir video peyda oldu. Onu ABŞ-ın anti-Rusiya sanksiyalarının tətbiqi tərəfdarı olmaqda ittiham etdilər.
Bundan sonra Kasyanov "xalq düşməni" elan olundu və o, ifrat sağçı qruplar və Ramzan Kadırov tərəfdarları tərəfindən hücuma məruz qaldı. PARNAS liderinə qarşı kampaniya başlatdı, bunun ardınca o, siyasi arenanı tərk etdi, necə deyərlər, "oyundankənar vəziyyət"ə düşdü.
Bu gün Rusiyanın millətçi və vətənpərvər qüvvələri PARNAS-ın "beşinci kolon" olduğuna inanır, lakin Kasyanovun silahdaşı olmuş Navalnını müxalifətin yeni lideri adlandırırlar.
Siyasi strategiya və Navalnının fəaliyyətinin təhlil edərək, onu tam məsuliyyətlə "Rusiyanın Trampı" adlandırmaq olar.
Navalnı və onun komandası iddia edirlər ki, Rusiya yalnız Qərb dəyərləri əsasında tərəqqi edə bilər və onlar rusların zəif yerlərini yaxşı dərk edirlər.
Zərurət hallarında Navalnı öz siyasi fikirlərini asanlıqla əks yönə dəyişə bilər, onun strategiyasının əsasını isə Kremlin uğursuzluğunun ifşası durur.
Navalnının keçmişinə istinadən onu həm "Qərbin oyuncağı", həm də "Kremlin layihəsi" adlandırmaq olar. Çünki Navalnı özünü yeni nəsilin başında duran, qərbyönlü baxışlara malik vətənpərvər kimi təqdim edir.
Tərcümə: Strateq.az
Tarix: 14-06-2017, 04:26