Putin rejimi müxalifətlə qanqster üsulları ilə mübarizə aparır

Putin rejimi müxalifətlə qanqster üsulları ilə mübarizə aparır Onlar rejimə müxalif olan qüvvələri zərərsizləşdirməyi özlərinə müqəddəs borc hesab edirlər
Kreml yanlısı qüvvələr Vladimir Putin əleyhdarlarına qarşı qorxutma aksiyalarını artırıb və hətta onlara fiziki hücum etməkdən belə çəkinmirlər. Ukrayna böhranının başlanğıcından bu yana yüksəlişdə olan bu qruplar istənilən müxalifət təşkilatı və tədbirlərinə əngəl törətmək üçün zorakılıq üsullarından belə çəkinmirlər.

Bununla bağlı “Le Figaro” qəzetinin əməkdaşı Pyer Avril xüsusi yazı qələmə alıb.

Məqalə müəllifi Putinin yarıhərbi birləşmələri haqqında yazıb.

“SERB, yəni “Cənubi-Şərqi Blok” (South East Radical Block-SERB) radikal hərəkatın qısaldılmış adıdır. Bu qrup müxalifətlçilərin təqib edilməsi zamanı polisə kömək göstərilməsini özünə borc bilir. Onun könüllüləri Aleksey Navalnının tərəfdarlarının bazar ertəsi təşkil etdiyi icazə verilməmiş mitinqdə də “seçiliblər”.

Bu qrup daha öncələr anti-Putin hərəkatının fəallarından sayılan 75 yaşlı Vladimir İonova hücumla yadda qalmışdı. Yaşlı adamın tək “günahı” Qırmızı meydanda təkbaşına plakat qaldırmasından ibarət idi.

Təşkilatın yaradıcısı Qoşa Taraseviçin yaxın yoldaşları Aleksandr Petrunko və Aleksey Kulakov isə iki ay bundan qabaq xalq arasında “zelyonka” adı ilə daha çox tanınan yaşıl məhlulu Rusiya müxalifətinin lideri sayılan Aleksey Navalnının üzünə tökmüşdü. Nəticədə Aleskey Navalnının bir gözü ciddi surətdə zədələnmişdi. Taraseviç isə həyasızlıqla hücumun Navalnının özü tərəfindən təşkil edildiyini söyləyirdi.

“Bu 40 yaşlı rusiyalı aktyorun adı İqor Beketovdur. O, uzun müddət Ukraynada yaşayıb. Təşkilat ilk dəfə 2014-cü ilin martında Ukraynadakı hadisələrin qızışdığı dövrdə Xarkov administrasiyasına edilən hücumda ad çıxarıb. Ukraynada qanlı müharibə düşdükdən sonra Taraseviç Moskvaya qaçıb və öz qarşısına Rusiyada Ukraynadakı Maydan hadisələrinin təkrarlanmasına yol verməmək kimi vəzifə qoyub.

“Taraseviç və onun təşkilatı Vladimir Putinə qarşı sui-qəsd təhdidlərinin arxasında liberalların, jurnalistlərin, demokrat əhval-ruhiyyəli intelligent təbəqənin durduğunu iddia edir”, - məqalədə yazılıb.

“Biz onlara aman verə bilmərik. Bu səbəbdən onları sifətinə məhlul tökürük və Maydanda ukraynalıların etdiyi kimi zibil yeşiyinə atırıq. Sonra soruşuruq: İndi xoşunuza gəldimi, eyni hadisələrin təkrar olunmasını istərdinizmi”, -Taraseviç bildirib.
Avrilin yazdığına görə, Taraseviç hətta Dövlət Dumasına çağırılıb və burada ona böyük ehtiram göstərilib. Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy onunla birlikdə jurnalistlər qarşısında poza da verib”-, məqalədə qeyd olunur.

“Bu tip Kremlə yaxın təşkilatlar Ukraynadakı hadisələrdən sonra daha çox artıb. “Biz sizin Fransanın ordusu kimiyik. Müharibə olmadan atəş açmayacağıq. Lakin biz hər şeyə hazırıq”, - Rusiyada istənilən qərbmeylli hərəkatı “beşinci kolon” adlandıran və onları təqib etməyi qarşısında qoyan “Antimaydan” hərəkatınn liderlərindən İqor Starikov yazı müəllifinə bildirib.

Bundan başqa, Milli Azadlıq Hərəkatı (NOD) adlnan təşkilat da öz sırlarında 160 min könüllünü birləşdirib. Onlar Putinin xeyrinə bütün mitinqlərdə fəallıq göstərirlər”, - məqalədə qeyd olunur.

“Bütün bu güclərin tək məqsədi insanların gözünü qorxutmaqdır”, -Aleksey Navalnının rəhbəri olduğu “Korrupsiyaya qarşı mübarizə fondu”nun hüquqşünası İvan Jdanov məqalə müəllifinə bildirib. Jdanov bu cür təşkilatların ömürlərinin çox uzun olmadığını da sözlərinə əlavə edib.

“Hər halda Navalnının yaxın günlərdə cangüddənə ehtiyacı olacağına şübhə yoxdur”, - Pyer Avril yekunda qeyd edib.

Musavat.com
Tarix: 15-06-2017, 23:49
Xəbəri paylaş





Xəbər lenti