Komitə Nazirliyə birləşdirilir: İslahatlarda yeni mərhələ

Komitə Nazirliyə birləşdirilir: İslahatlarda yeni mərhələ Natiq Cəfərli: “Standartları müəyyən edən bir idarəyə çevrilib publik hüquqi şəxs kimi fəaliyyət göstərə bilər”

Bəzi dövlət qurumlarında ixtisarlar davam etdirilir. Bu günlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan bəzi qurumlar ləğv edilib. İxtisarlaşmada "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzi (AZTEST), Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində olan "AzStandartinform” MMC və AzSert” MMC ləğv olunduğunu elan edib. Artıq mətbuatda və cəmiyyətdə səslənən fikirlər təsdiqini tapmaqdadır.

Şübhəsiz ki, ölkədə aparılan islahatlar zamanı bir neçə qurumun səlahiyyətləri tədricən azaldılacaq və ya əlindən alınaraq digər qurumlara veriləcək. Ardınca isə qurum özü tamamilə ləğv ediləcək. Bütün bunları nəzərə alsaq, adıçəkilən komitənin də eyni taleyi yaşayacağını proqnozlaşdırmaq mümkündür. Hətta Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tamamilə ləğv edilərək, səlahiyyətlərinin İqtisadiyyat Nazirliyinə veriləcəyi də istisna olunmur. Komitə Nazirliyə birləşdirilir: İslahatlarda yeni mərhələ



Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, ola bilər ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olunsun və ya publik şəxsə çevrilsin: “Əslində belə bir idarənin olması, hansısa formada fəaliyyət göstərməsi müəyyən dərəcədə standartlarla bağlı problemin həllidir. Ölkədə arxiv və standartların otuzdurulması ilə problemlərin həllində vacib bir qurumdur. Baxmayaraq ki, bu illər ərzində səlahiyyətlərindən kənar iqtisadi subyektlərə müdaxilələr də edirdi, öz səlahiyyətlərini aşaraq, müəyyən dərəcədə yoxlamalar da aparırdı. Bir patent idarəsinə çevrilərək, standartları müəyyən edən bir idarəyə çevrilib publik hüquqi şəxs kimi fəaliyyət göstərə bilər.

Hüquqi və fiziki şəxslər ancaq müqavilələr bağlayaraq, müəyyən pul ödənişi müqabilində həmin qurumun xidmətlərindən istifadə edə bilərlər. Artıq ölkədə belə bir praktika mövcuddur. Dövlət və hökumət qurumlarının yaxın vaxtlarda publik şəxsə çevrilməsi prosesi oldu. Bir ildə bu prosesi biz gördük. Həmin idarənin bəzi qurumları və idarənin özü elə bir status dəyişikliyinə məruz qalsa, bundan sonra özü-özünü maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcək. Amma burada da vacib məqam ondan ibarətdir ki, müqavilə könüllü olmalıdır. Yəni hüquqi və fiziki şəxslərlə müqavilələr bağlanıb müəyyən ödənişlər əsasında xidmət göstərilməlidir.

Elə olmamalıdır ki, bu müqavilələr kommersiya qurumları və hüquqi vəzifəlilərə diktə edilsin. Əgər qarşılıqlı razılaşma ilə həyata keçiriləcəksə, təbii ki, bunun effekti olacaq və müqavilənin şərtlərinə uyğun olaraq xidmət göstərəcəklər”.

Ekspert əlavə edib ki, ola bilsin ki, struktur dəyişikliklərinə uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri İqtisadiyyat Nazirliyinə verilsin: “Komitənin özünün fəaliyyəti ayrıca bir qurum kimi qalacaqsa, çox güman ki, dövlətin büdcəsindəki maliyyələşmədən çıxacaq və publik şəxs kimi fəaliyyət göstərib özü-özünü maliyyələşdirəcək. Əgər hökumətin digər bir orqanına veriləcəksə, yenə büdcənin üzərində ağır bir yük kimi qalacaq”.(Cebhe.info)

Siam.az
Tarix: 18-06-2017, 20:38
Xəbəri paylaş





Xəbər lenti