“Hazırda hakimiyyət daxilində komandaların dəyişilməsi prosesi gedir”
Mehman Əliyev: “Bu dəyişikliyin nə ilə nəticələnəcəyini isə zaman göstərəcək”
“Anti-Azərbaycan bəyanatları artdıqca, daxildə vəziyyət daha da pisləşir”Avropa Parlamentinin jurnalist Əfqan Muxtarlı və medianın mövcud vəziyyəti ilə bağlı qəbul etdiyi anti-Azərbaycan qətnaməsi hakimiyyət təmsilçiləri tərəfindən sərt şəkildə tənqid edilməkdədir.
Maraqlıdır, bu və buna bənzər qətnamələr hakimiyyətin mövqeyində hansısa dəyişiklikərin baş verməsinə gətirib çıxarda bilərmi?
Anaxeber.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev problemlərin həlli üçün daxili vəziyyətin yaxşılaşmasının zəruri olduğunu bildirdi:
“Indiyə qədər Azərbaycanla bağlı çoxlu qətnamələr qəbul edilib. Illərdir bu cür bəyanatlar səslənir və buna paralel olaraq vəziyyət getdikcə pisləşir. Problem də burdadır. Problemin həlli üçün daxili dəyişiklik olmalıdır. Komanda daxildən dəyişməlidir. Bu dəyişiklik yubanır. Qəbul edilən qətnamələr dəyişiklikləri sürətləndirməklə bağlı hakimiyyətə edilən basqıdır. Problem içəridədir.
Bu gün bir komandanın başqa bir komandası ilə əvəzlənməsi prosesi gedir. Yeni vitse-prezidentin komandasının formalaşması və onun köhnə komanda ilə əvəzlənməsi prosesi gedir.Bu dəyişikliyin nə ilə nəticələnəcəyini şübhəsi ki, zaman göstərəcək. Lakin bir daha qeyd edirəm ki, ən böyük problemi daxildə axtarmaq lazımdır”.
Seymur Əliyev
AnaXeber.Az
Tarix: 19-06-2017, 23:52