Daha bir Baş RedaktorBaş Prokurorluğa çağırıldı

Daha bir  Baş RedaktorBaş Prokurorluğa çağırıldı АNAXEBER.az saytının baş redaktoru Azər Talıbov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə məlumatı baş redaktorun özü verib. "Sabah saat 15.00-a dəvət ediblər" deyən Azər Talıbov hansı cinayət işi ilə bağlı çağırıldığını bilmir. "Açığı mənə hansısa cinayət işinə görə çağırıldığımı demədilər. Bildirdilər ki, təhqiqat aparılır və mən hansısa dövlət sirrini yaymışam. Konkret söhbətin hansı yazıdan getdiyini demədilər. Qeyd edim ki, rəhbəri olduğum saytda dövlət sirri sayıla biləcək hər hansı məlumat yoxdur. Hər halda mən jurnalistəm və bilirəm ki, dövlət sirrini yaymaq qanunla qadağandır.
Tarix: 20-06-2017, 15:20
Xəbəri paylaş





Xəbər lenti