Rusiya sözünü geri götürdü: Bağdadi sağdır?
İŞİD lideri Bağdadinin öldürüldüyü haqda xəbər verən Rusiya rəsmiləri bu gün verdikləri açıqlamada həmin informasiyanı təkzib etməli olublar.Virtualaz.org-un məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov Bağdadinin öldürüldüyü ilə bağlı əllərində heç bir dəlilin olmadığını açıqlayıb.
Xatırladaq ki, may ayının sonunda 10 dəqiqə davam edən hava hücumunda onlarla İŞİD rəhbərinin öldüyü bildirilmiş, terror təşkilatının lideri Bağdadinin də ölənlər arasında olduğu açıqlanmışdı.
Rusiya Müdafiə Nazirliyinin məlumatında isə bildirilirdi ki, Əl-Bağdadi mayın 28-də İŞİD-in “paytaxt”ı hesab edilən Rakka şəhərinin cənubunda yerləşən iqamətgahda keçirdiyi toplantı zamanı öldürülüb.
Siam.az
Tarix: 20-06-2017, 21:56