Gənclər iqtidara gəlir: Suraxanıda inkişafı tormozlayan başçı gedir - Təfərrüat

Gənclər iqtidara gəlir: Suraxanıda inkişafı tormozlayan başçı gedir - Təfərrüat Bakının bəzi rayonlarında icra başçılarının dəyişməsi nəzərdə tutulur; Onlardan biri də 11 ildən çoxdur ki, Suraxanıya rəhbərlik edən İlqar Abbasovdur

Ulus.Az-a sızan xəbərə görə, qocaman icra başçısının yerinə gənc kadr hazırlanır. Artıq cavan kadrların vəzifələrə təyin olunması prosesi rayon icra hakimiyyətlərinə də çatıb.


Prezident Administrasiyasında olan dəyişikliklər də, referendumdan sonrakı islahatlar da məhz gənclərdən ibarət komanda formalaşdırmaq məqsədi güdür.

Ona görə də Suraxanı kimi bir böyük rayonda inkişafın tormozlanması qoca məmurların ləng idarəçiliyindən və rüşvətə bulaşmasından irəli gəlir. Yaxınlarda İ.Abbasovun da vəzifəsindən uzaqlaşdırılması planlaşdırılır.

Paytaxt rayonları arasında Suraxanı ən geridə qalmışıdır desək, yəqin ki, səhv etmiş olmarıq. Bu rayon gözdən olduğu kimi, könüldən də uzaqdır.

Məhz bu uzaqlığın nəticəsidir ki, Suraxanı rayonunun bütün qəsəbələrində acınacaqlı vəziyyət hökm sürür. Yerli idarə və müəssisə rəhbərlərinin vətəndaşlarla qeyri-mülayim davranışını da bura əlavə etsək, ortalığa çox dəhşətli mənzərə çıxır.

Sözsüz ki, rayonda məmur özbaşınalığının baş alıb getməsində, Suraxanının qəsəbələrinin bərbad hala düşməsində əsas səbəbkar kimi icra başçısı İlqar Abbasov göstərilir.

Ulus.Az-a verilən xəbərə görə, məhz İ.Abbasovun yarıtmaz fəaliyyətinin nəticəsi həm rayonun simasının zədələnməsinə səbəb olub, həm də sakinlər əlavə problemlərlə üzləşmək məcburiyyətində qalıblar.

Məsələn, Qaraçuxurun yollarının fəlakət içində olması nə Suraxanı icra başçısı İlqar Abbasovun, nə də bu qəsəbədə yaşayan BŞİH rəhbəri Hacıbala Abutalıbovun tükünü tərpədir.

Qaraçuxurda nə normal bir park, nə yaşıllıq, nə bir düz-əməlli yol, nə Qaraçuxur yazılan lövhə var ki, bu qəsəbənin varlığını təsdiqləsin. Yeganə qəsəbədir ki, iki icra başçısı var, amma heç biri Qaraçuxurun qara dərdlərinə dərman eləmir.

Ötən illər ərzində İlqar müəllim Suraxanı rayonunun abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində heç bir iş görməyib. Daha dəqiq desək, buna cəhd belə göstərməyib.

Əvəzində şəxsi maliyyə imkanlarını genişləndirib, obyektlərinin sayını artırıb. Məsələn, rayonun Yeni Günəşli qəsəbəsindəki ticarət obyektlərinin bir çoxu başçıya məxsusdur.

Çoxları bilir ki, bu şəxs icra hakimiyyəti strukturlarında işləməmişdən əvvəl aktiv biznes fəaliyyəti ilə məşğul olub.

Deyəsən, İlqar Abbasov Suraxanı rayonuna və onun qəsəbələrinə, rayonun yerli idarə və müəssisələrinə də biznes strukturu kimi baxır.

Siam.az
Tarix: 21-06-2017, 03:31
Xəbəri paylaş





Xəbər lenti