“Parlamentdə ruspərəstlər, iranpərəstlər var, bir tək azərbaycanpərəstlər yoxdur”
Mirmahmud Mirəlioğlu: “Bu ölkədə insanların hisləri, duyğuları ilə oynanılır”
“Parlamentdə ruspərəstlər, iranpərəstlər var, bir tək azərbaycanpərəstlər yoxdur”. Bunu anaxeber.az-a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib. Partiya sədrinin sözlərinə görə, bu cür mənzərə hakimiyyətin digər qollarında da özünü aydın hiss etdirir:
“Əslində hakimiyyətin özündə də vəziyyət əhəmiyyətli dərəcədə belədir. Eyni mənzərəni burada da müşahidə etmək mümkündür. Nəinki ölkənin bir nömrəli problemi olan Qarabağ konfiliktinin həlli istiqamətində bu günə qədər gərəkli addımlar atılmayıb, həm də insanların hisləri, duyğuları ilə oynanılır. Bu isə təbii ki, təəssüf doğurur.
Hesab edirəm ki, parlamentdə belə bir mənzərnin formalaşmasına səbəb seçkilərin demokratik keçirilməməsi, millət vəkillərinin təyinat əsasında mandat almasıdır. Məhz bu səbəbdən də bu cür təəssüf doğuran mənzərələrin şahidi oluruq”.
Seymur Əliyev
Tarix: 24-06-2017, 09:12