Azərbaycanda "5-ci kolon" çox aktivləşib - Keçmiş nazir
Son zamanlar Azərbaycanda rus dili ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Millət vəkilləri və alimlər rus dilinin vacibliyini vurğulayırlar. Bundan ilhamlananlar isə daha da irəli gedərək rus dilinin Azərbaycanda ikinci rəsmi dil olmasını təklif edirlər.
Bununla bağlı keçmiş təhsil naziri Firudin Cəlilov fikirlərini "Ölkə.Az"-la bölüşüb:"Rus dilini bilmək bizə vacib lazımdır. Rus dilini bilməliyik. Rus dilinin öyrənilmə yolları məsələsi var. Bunun 2 yolu var - ya rus dilli məktəblər açılmalıdır, ya da rus dili xarici dil kimi öyrədilməlidir. Əlbəttə ki, biz ikinci yolu seçməliyik. Gənclərə kütləvi şəkildə ingilis dilini öyrədirlər. O şəkildə də rus dilini öyrənmək lazımdır. Rus dili hələ bir neçə on il bizə lazım olacaq. Çünki elmi ədəbiyyat, müəyyən mənbələr rus dilindədir. Rus dilini öyrənmək lazımdır, ancaq rus məktəbləri açmaqla yox, xarici dili necə öyrənirlərsə o üsulla da öyrənmək lazımdır".Bəzilərinin Azərbaycanda rus dilinin ikinci rəsmi dil kimi elan etməsinə gəldikdə isə Firudin Cəlilov bildirdi ki, "5-ci kolon" həmişə olub:
"5-ci kolon" son vaxtlar bir qədər aktivləşib. Çünki ağlı başında olan adam o sözü deməz".
Tarix: 28-06-2017, 13:53