Putin xarici ölkələrin Rusiyanın daxili həyatına müdaxiləsi haqda

Putin xarici ölkələrin Rusiyanın daxili həyatına müdaxiləsi haqda Rusiya prezidenti Vladimir Putin bildirib ki, xarici ölkələrin xüsusi xidmət orqanları Rusiyanın daxili siyasi və ictimai proseslərinə təsir göstərməyə çalışırlar.

"Report" xəbər verir ki, qeyri-leqal kəşfiyyatın 95 illiyi münasibətilə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin Mənzil-qərargahına gələn dövlət başçısı bir sıra ölkələrin xüsusi xidmət orqanlarının fəallaşdığını vurğulayıb.

"Bizim ölkəmizin daxili siyasi və ictimai proseslərinə təsir etmək məqsədilə əməliyyatlar keçirilir. Xarici xüsusi xidmət orqanlarının Rusiya və bizim müttəfiqlərimiz əleyhinə artan fəallığı göz qabağındadır", – deyə Rusiya prezidenti bildirib.

Onun sözlərinə görə, Rusiyanın müdafiə, iqtisadi, resurs potensialı barədə məlumatlar əldə etmək üçün kiberhücum cəhdindən, informasiyaların toplanması, casusların ələ alınması cəhdlərindən istifadə edilir.
Tarix: 29-06-2017, 09:43
Xəbəri paylaş





Xəbər lenti